“4000-ə yaxın soydaşımızın aqibəti kütləvi məzarlıqda basdırılanların aqibəti ilə eynidir”

13:15 22-06-2023 | icon 827 | Siyasət
“4000-ə yaxın soydaşımızın aqibəti kütləvi məzarlıqda basdırılanların aqibəti ilə eynidir”

Elşad Mirməşir: “Ermənistan bu gün də soydaşlarımızın taleyini müzakirə etməkdən yayınır”

 

“Ağdamda tapılan kütləvi məzarlıq Ermənistan tərəfindən Azərbaycan xalqının etnik təmizləməyə məruz qoyulmasının göstəricisidir. Azərbaycan tərəfi dəfələrlə beynəlxalq platformalarda, Ermənistan rəhbərliyi ilə görüşlərdə 4000 soydaşımızın taleyinə aydınlıq gətirilməsini tələb etsə də, bu gün də soydaşlarımızın taleyini müzakirə etməkdən yayınır, beynəlxalq instansiyalarda  mövqe nümyiş etdirmir”.

 

Versus.Az xəbər verir ki, bunu deputat Elşad Mirbəşir Ağdamda tapılan kütləvi məzarlığın ortaya çıxardığı faktlara toxunarkən bildirib.

 

E.Mirbəşir faktlara əsasən ermənilərin işğal prosesində soydaşlarımızı etnik təmizləməyə, qətllərə, terrora məruz qoyaraq kütləvi məzarlıqlarda gizlətdiklərini qeyd edib. Vurğulayıb ki, buna başqa ad vermək olmaz, bu, soyqırım əlamətləridir.

 

Deputat bildirib ki, kütləvi məzarlıqlarla bağlı beynəlxalq konvensiyalara, sənədlərə istinad etsək, buna beynəlxalq müstəvidə siyasi, hüquqi qiymət verilməsi üçün bütün əsasların olduğunu görmüş olarıq:

 

“Təəssüflər olsun ki, yenə də hadisələr fərqəndirilir, yenə də katiqoriyalara ayrılır. Lakin başqa yerlərdə bu cür cinayətlər törədiləndə dərhal ona hüquqi, siyasi qiymət verilir, soyqırım adlandırılır, yaxud da, digər formada münasibət ifadə olunur. Amma ermənilərin Azərbaycan xalqına qarşı törətmiş olduqları saysız-hesabsız cinayətlərlə bağlı çoxsaylı faktların olmasına baxamayaraq, beynəlxalq reaksiya yox səviyyəsindədir. Biz bütün instansiyalara ermənilərin törətmiş olduğu cinayətlər haqqında dəlillər, sübutlar təqdim edirik, amma yenə də Ermənistanın Azərbaycana qarşı törətmiş olduğu cinayətlərlə bağlı beynəlxalq münasibət mövcud deyil. Eləcə də Ermənistan 30 il Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarını işğal altında saxladı, amma Ermənistan beynəxalq səviyyədə işğalçı adlandırılmadı. Ona görə də bu 30 il ərzində Ermənistan təkcə indiki öz ərazilərində deyil, Azərbaycan sərhədləri daxilində də soyqırımlar törətdi, etnik mənsubiyyətinə görə insanları təqiblərə, terrorlara məruz qoydu. Beynəlxalq ictimaiyyət yenə də bunu sadəcə olaraq susqunluqla müşahidə etdilər”.

 

E.Mirbəşir bu gün Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini, regionda təhlükəszilik və əməkdaşlıq mühitinin yaradılması üçün iradə nümayiş etdirib qəti addımlar atdığını önə çəkib. Eyni zamanda işğaldan azad edilən ərazilərin başdan-başa Ermənistnın cinayətlərinin bütün əlamətlərini özündə ifadə etdiyni qeyd edib:

 

“Səfirliklərin, diplomatik korpusların, beynəlxalq nüfuzlu informasiya kütlələrinin təmsilçilərinin həmin ərazilərə səfərləri təşkil edilir, onlara Ermənistanın işğalçılıq siyasətinin nəticələri, ekologiyamıza vurduğu zərərlərin, insanlığa qarşı törətmiş olduğu qanlı cinayətlərin nəticələri, nümayiş etdirilir. Amma yenə də Ermənistan beynəlxalq səviyyədə qınaq obyektinə çevrilmir. Bu da təbii ki, bütövlükdə beynəlxalq hüquq normalarının işləkliyinə şübhələri daha da dərinəşdirir və olduqca təhlükəli presidentlər yaradır. Çünki Ermənistan Azərbaycan xalqına qarşı soyqırım, etnik təmizləmə, ekoloji terror həyata keçirdib və bu gün də təxribatlarını davam etdirir. Amma Ermənistana münasibətdə ən azı qınayıcı mövqe sərgilənmir”.

 

Deputat bu reallığın gələcəkdə digər dövlətlərin də özünü Ermənistan kimi təcavüzakar obrazında aparmasına rəvac verdiyini bildirib. Onun fikrincə, bütün bunlar bəşəriyyətin gələcəyi üçün çox ciddi təhdid yaradır. E.Mirbəşir bu kontekstdə hesab edir ki, taleyindən xəbərsiz olduğumuz 4000-ə yaxın soydaşımızın aqibəti Ağdamda kütləvi məzarlıqda basdırılanların aqibəti ilə eyni olub:

 

“Bizi təsəlli edən odur ki, torpaqlarımızı işğaldan azad etmişik və Ermənistanı zəif duruma salmışıq, elə o vəziyyətdə də saxlamaqdayıq. Azərbaycan Ermənistanı 2020-ci ilin payızında cəzalandırdığı kimi, bundan sonra da xalqımıza, dövlətimizə qarşı törətmiş olduğu cinayətlərinə görə, hələ cəzalandıracaq”. /hafta.az/

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin