Muzeydə “Könüllülük - Vətənə xidmətdir” adlı tədbir keçirilib - FOTO

15:01 31-01-2020 | icon 815 | Mədəniyyət
Muzeydə “Könüllülük - Vətənə xidmətdir” adlı tədbir keçirilib - FOTO

AMEA Milli Azərbaycan Tarixi Muzeyində YAP “Azərbaycan Tarixçiləri” ilk ərazi təşkilatının təşəbbüsü ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Könüllülük - Vətənə xidmətdir” adlı tədbir keçirilib.

 

Versus.Az-ın məlumatına görə, Dövlət Himninin səsləndirilməsindən sonra Muzeyin YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının sədri Pərvanə Əzimova tədbiri açıb, Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərancamını iştirakçıların diqqətinə çatdırdı.

 

Son illərdə respublikamızda qazanılan nailiyyətlər, gənclərin müxtəlif sahələrdə olan uğurlarından bəhs etdi. Tədbirdə çıxış edən - muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d., dosent Nasir Quluzadə “2020-ci il – könüllülər ilidir”, Elmi-kütləvi iş və təhsil şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Əli Fərhadov “Azərbaycanda gənclər siyasətinə tarixi baxış” mövzularında məruzə ilə çıxış etdilər.

 

Ə.Fərhadov öz çıxışında bu gün anadan olmasının 136-cı ildönümü qeyd olunan M.Ə.Rəsulzadənin gəncliyə baxışı və vəsiyyəti, o cümlədən günümüzdə dövlətin gənclərə qayğısından bəhs etdi.

 

Muzeyin Numizmatika və epiqrafika elmi fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova “Vətən tariximizin təbliğində numizmatik materialların əhəmiyyəti”, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunun müdiri, t.ü.f.d. Sevinc Nəsirova “Azərbaycan gəncliyi, bu günümüz, sabahımız”, Muzeyin Numizmatika və epiqrafika elmi fond şöbəsinin elmi işçisi Şəfa Mövsümov "Hərbi vətənpərvərliyin təbliğində könüllülüyün əhəmiyyəti", muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin mütəxəssisi Qənirə Qafarlı “Azərbaycan gəncliyinin həyatında Leyla Əliyeva fenomeni”, muzeyin əməkdaşı Gülnar Fərhadova “Azərbaycan Gənclər Fondunun gənclərə dəstəyinə baxış” adlı məruzələrini təqdim etdilər. Gülnar Fərhadova Gənclər Fondunun dəstəyi ilə t.ü.f.d. Ə.Fərhadovla birgə Neftçalada və Biləsuvarda icra etdiyi “Milli qəhrəmanlarımızı tanıyaq və tanıtdıraq” və “Nəsimi irsinin Azərbaycan multikulturaizmində rolu” layihələri haqqında çıxış etdi. Milli Aviasiya Akademiyasının III kurs tələbəsi Azər Şükürov və İqtisad Universitetinin III kurs tələbəsi Vüqar Babaşlı könüllülük sahəsində göstərdikləri fəaliyyət, gənclərin dövlət siyasətində olan önəmi barədə danışdılar.

 

Sonda bədii hissə təqdim olundu. Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvləri - Selcan Qarayeva “Azərbaycana gəlsin!” şeirini (söz: Süleyman Rüstəm), Sərdar Dəmirov “Azərbaycanı sevin” şeirini (söz: Cabir Novruz) və “Bakılıyam mən” nəğməsini (bəstə: Tofiq Quliyev) ifa etdilər.

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI