Onkoloqlar bunu nəzərə almalıdır

16:46 31-01-2020 | icon 601 | Sağlamlıq
Onkoloqlar bunu nəzərə almalıdır

Avstraliyalı alimlər onkologiya ilə bağlı maraqlı bir açıqlama ediblər. Onlar bir neçə tədqiqatın nəticəsində bu qərara gəliblər ki, bəzi şiş növlərini diaqnoz edib, əməliyyat və müalicəyə cəlb etmək lazım deyil.

 
 
Versus.Az xəbər verir ki, bir çox bədxassəli şişlər diaqnoz olunana qədər xəstəyə heç bir narahatlıq vermir və ölüm təhlükəsi yaratmır. Söhbət hiperdiaqnostikadan gedir. Yəni kütləvi olaraq insanların skrininqi, xərçəngi erkən təyin edib, erkən müdaxilə etmək. Amma iş ondadır ki, bəzi şişlərin müalicəyə necə reaksiya verəcəyi məlum deyil.
 
 
Alimlərin yeni elmi tədqiqatının nəticəsi Medical Journal of Australia-da dərc edilib. Müəlliflərin fikrincə 42% hallarda prostat, 42% halda böyrək, 73% halda qalxanvari vəz, 58% halda melanoma, 22% halda qadınlarda süd vəzi xərçəngi şişləri əbəs yerə üzə çıxarılıb müalicəyə cəlb edilib.
 
 
Diaqnoz zamanı şişin müalicəyə necə cavab verəcəyi və xəstənin həyatı üçün nə qədər şans verəcəyi məlum olmur. Məsələ diaqnostika ilə bitmir.
 
 
Bəzən pasiyentlər əbəs yerə lazımsız hallarda şiş çıxarma əməliyyatlarına məruz qalır. Halbuki həmin şişlər heç vaxt simptom verməyəcəkdi.
 
 
Məsələn, ən çətin diaqnostika süd vəzilərindədir. Həkimlər 90% hallarda şişin nə dərəcədə aqressiv və həyati təhlükəli olduğunu deyə bilmir. Əminsizlik faizi çox olsa da süd vəzidə şiş aşkarlanıb deyə qadın yüksək dozalı güclü kimyaterapiyaya cəlb olunur. Bəzən isə bu müalicə onun 2-3 il sonra ölümünün qarşısını ala bilmir.
 
 
“Tibdə potensial fayda və potensial zərər anlayışı var. Onkoloqlar bunu nəzərə almalıdır. Biz həddən artıq çox hiperdiaqnostika və həddən artıq çox müalicəyə görə narahatıq” deyə alimlər bildirir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol