Masallı rayonu 2020-ci ilin “Gənclər paytaxtı” seçildi

10:57 01-02-2020 | icon 1529 | Gündəm
Masallı rayonu 2020-ci ilin “Gənclər paytaxtı” seçildi

Masalı rayonu 40.3% səs toplamaqla 23.4% səs toplayan Lənkəran rayonunu geridə qoyaraq “Gənclər Paytaxtı 2020” adını qazanıb.

 

Gənclər və İdman Nazirliyindən Versus.Az-a bildirilib ki, səsvermədə Azərbaycanın 16 şəhər və rayonu iştirak edirdi. Builki səsvermə iki region - Masallı və Lənkəran arasında gedən gərgin mübarizə ilə yadda qalıb. Belə ki, sesvermənin davam etdiyi 7 gün ərzində Lənkəran rayonu ön sıralarda yer almaq üçün mübarizə aparıb. Lakin səsvermənin ilk günlərində Masallı rayonu birinci sıraya keçib və səsvermənin sonuna kimi liderlik mövqeyini əldən verməyib. Nəticədə, Masalı rayonu 40.3% səs toplayaraq, 23.4% səs toplayan Lənkəran rayonunu geridə qoyaraq “Gənclər Paytaxtı 2020” adını qazanıb.

 

Qeyd edək ki, 2012-ci ildən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Gənclər Paytaxtı” internet müsabiqəsi uğurla davam edir. Bu layihə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramına müvafiq olaraq müsabiqə yolu ilə həyata keçirilir. Dövlət Proqramının əhatə etdiyi dövrdə hər il ölkənin bir rayon və ya şəhəri Azərbaycanın "Gənclər Paytaxtı" elan edilir. Bu il də istisna olmayıb və 24 yanvar 2020-cu il tarixindən start götürmüş müsabiqə 30 yanvar 2020-cu il tarixdə sona çatıb.



Hər il olduğu kimi, bu il də səsvermə www.genclerpaytaxti.az saytı vasitəsilə həyata keçirilib. Ümumilikdə sayta 3602395 nəfər daxil olub ki, onlardan da 90 849 nəfəri bu ilin payına düşür.

 

Hər il Gənclər Paytaxtının adı Gənclər və İdman Nazirliyinin təşkilatçılığı 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən tədbirdə rəsmi olaraq açıqlanır və Paytaxtın "Rəmzi açarı" şəhərin rəsmi nümayəndəsinə təqdim olunur.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı