Şamaxının məşhur qəbiristanlığında dəhşət

11:14 01-02-2020 | icon 601 | Hadisə
Şamaxının məşhur qəbiristanlığında dəhşət

Şamaxıda qəbiristanlıqda qətl hadisəsi baş verib.

 

Versus.Az xəbər verir ki, hadisə fevralın 1-də gecə saat 1 radələrində şəhərin "Yeddi Günbəz" qəbirstanlığında qeydə alınıb.

 

Şamaxı şəhər sakini 22.07.1991-ci il təvəllüdlü Hacıyev Orxan Asif oğlu aralarında yaranmış mübahisə zamanı üzərində olan mətbəx bıçağı ilə Şamaxı şəhər sakini 26.04.1995-ci il təvəllüdlü Surxayev Ruslan Adil oğlunun bədəninin müxtəlif nahiyələrinə 5 dəfə zərbə endirib. Nəticədə Ruslan Surxayev aldığı xəsarətlərdən ölüb.

 

Daxil olan məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib, meyit daxili müayinə olunmaq üçün "MTE və PA ETT Birliyinin" Şamaxı rayon şöbəsinin morquna təhvil verilib.

 

Faktla bağlı Şamaxı rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsilə cinayət işi başlanıb, Hacıyev Orxan Asif oğlu cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanılb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı