"Mehman Hüseynova etdiyim təkliflər qüvvəsindədir"

22:10 02-02-2020 | icon 615 | Siyasət
"Mehman Hüseynova etdiyim təkliflər qüvvəsindədir"

Fərəc Quliyev: "Mən sözümü tutan adamam"

 
 

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Fərəc Quliyev seçkilərdə rəqibi olan Mehman Hüseynovun aralarında olan söhbətlə bağlı yayımladığı səs yazısına münasibət bildirib.

 
 
Versus.Az xəbər verir ki, deputatlığa namizəd söhbətin tam mahiyyətini açıqlayıb və ona bütün dediklərinin bu gün də qüvvədə qaldığını bildirib.
 
 
Versus.Az F.Quliyevin açıqlamasını təqdim edir:


9 fevral növbədənkənar parlament seçkilərində 31 saylı Suraxanı seçki dairəsindən namizədliyini verən rəqibim Mehman Hüseynov Partiyamızın qərargahında qəbulumda olarkən 45 dəqiqəlik söhbətimizdən 5-6 dəqiqəlik bir paylaşım materialı düzəldərək sosial şəbəkələrdə yayıb və sonda “paylaşın” çağırışı edib. Mən də çağırışa qoşulub o materialı paylaşacağam, amma bəzi qayçılanan məqamlara da toxunaraq (hansı ki dərhal montaj hiss olunur). Mehman Hüseynova mənim xeyirimə namizədliyini geri götürməsi və vəkilim olması təklifim bu gün də qüvvəsindədir. Gələcək perspektiv üçün təkliflər də. Əgər seçki qanununa görə namizədin öz namizədliyini müddət olaraq indi geri götürmək imkanı varsa və onun mənim vəkilim kimi indi təqdim imkanı varsa. Səs yazısında deyildiyi kimi mən sözümü tutan adamam! Amma Mehman Hüseynovun cavabı dediyi kimi ən qısa zamanda olmadı. Mətbuatda oldu - o da cavab olmadı. Mən oxşar təklifi keçmiş namizəd hörmətli Ramazan Bağırova da etdim. Anlaşdıq. Komandamdadı və dəstəyin verir. Bu çox normal təklifdi və istənilən namizədin öz rəqibini dəstəkçisinə çevirərək güclənməsi seçkidə mühüm şərtlərdəndir.
 

Əsas məsələyə gələk - M.Hüseynovun malı-mala qatmasına. Vəkilim olması və fəal şəkildə təbliğatımı aparmasını istədiyimdə, şiş xəstəliyindən əziyyət çəkdiyini və biopsiya materialını (Şişdən götürülən materialı) labaratoriyaya analizə verdiyini bildirdi. Əgər nəticələr pis olarsa (Allah şəfasın versin və günahlarından keçsin) ümumiyyətlə seçkidən çəkiləcəyini bildirdi. Mən ona “konsentrasiyanı pozma nəticə nə olur olsun (labaratoriya nəticələri) 10-15 min manatlıq bir müalicədir. Dəstək olacağıq, dostlarını səfərbər edərik deyərək təsəlli verdim. Bir alimə oxşar vəziyyətdə kömək etdiyimizi də bildirdim. (Oxucular yəqin ki orta məktəbdə əqrəbin çaydan keçirilməsi hekayəsindən xəbərdardı). Əslində montaj olunmuş bu səs yazısının özündə də söhbətin müalicəyə dəstəkdən getdiyi gizlədilə bilinməyib. Nə isə..
 

Əslində bu məqamlar M.Hüseynovun hazırladığı materialda da qabarıq hiss olunur. Görünür hər cümləni də kəsmək ciddi əlaqəsizlik yaradarmış.
 
Mən bu münasibəti ona görə yazdım ki, gənclərimiz belə olmasın, istedadlarının faydalılıq əmsalını düşünsünlər. Elə Mehman da. O da bizim balamızdı - görünür kifayət qədər hərtərəfli zədələnmiş və ciddi müalicəyə ehtiyacı olan balamız...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı