“Qadın bir dəfə ailə qurar, ikincidə qəbir qucaqlayar” - VİDEO

00:50 03-02-2020 | icon 695 | Şou-biznes
“Qadın bir dəfə ailə qurar, ikincidə qəbir qucaqlayar” - VİDEO

“Xəzər TV”də yayımlanan “Ay Zaur” axşam şousunda qonaq olan Əməkdar artist Zöhrə Abdullayeva səsləndirdiyi qalmaqallı fikirləri ilə gündəmə gəlib.  

 

Versus.Az xəbər verir ki, sözügedən proqramın aparıcısı Zaur Kamalın “Həyat yoldaşınız rəhmətə gedəndən sonra niyə yenidən ailə həyatı qurmadınız?” sualına sənətçinin reaksiyası birmənalı olmayıb:  

 

“Yaxşı, sən Allah, nə ailə qurmaq?! Yekə övladı olan qadın yenidən ailə qurar?! Mənim ərim vəfat edəndə oğlumun 15 yaşı var idi. Mən 10 dəfə də ailə qursaydım, o tale mənimlə olacaqdı. Əlcəksən, corabsan, burun yaylığısan ki, ərləri tez-tez dəyişəsən?! Rəhmətlik atam mənə deyirdi ki, gəlinin əri rəhmətə gedirsə, ikinci dəfə gəlini qəbir qucaqlayar. Onun bu sözlərindən təəcüblənmişdim. Qadın bir dəfə ailə qurar, ikincidə qəbir qucaqlayar. Atam bu sözü doğru deyib”.  

 

Qeyd edək ki, 67 yaşlı Əməkdar artist Zöhrə Abdullayeva erkən yaşlarda, yəni 16 yaşında ailə həyatı qurub.  

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ

Xüsusi təyinatlıların təlimindən YENİ KADRLAR

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...