FUAD ƏLİYEV daha iki qəsəbənin sakinləri ilə görüşdü – Foto


26 saylı Sabunçu birinci seçki dairəsindən deputatlığa namizəd, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin seçicilərlə görüşü davamedir.
Versus.Az xəbər verir ki, deputatlığa namizəd Bakıxanov qəsəbəsi R.Qəmbərov 61 və M.Gəncəvi 14 ünvanındakı binada yaşayan seçicilərlə onların öz təşəbbüsü ilə görüş keçirib.
Görüşdə çıxış edən ALDP sədri Fuad Əliyev seçicilərə seçki platformasının əsas istiqamətləri haqqında məlumat verib, ona etimad göstəriləcəyi təqdirdə görəcəyi işlərdən danışıb.
Seçicilər Fuad Əliyevin fəaliyyəti ilə yaxından tanış olduqlarını və onu dəstəklərdiklərini bildiriblər.
Görüşün sonunda ALDP sədri seçicilərin suallarını cavablandırıb.
LƏMAN
Versus.Az

Xəbər lenti

Bu gün Türkiyənin Şabanı -Kemal Sunalın ildönümüdür
Kemal Sunalı ilk dəfə belə görəcəksiniz