"...Razi Nurullayevi ən sərt formada tənqid etməsəm, ən ləyaqətsiz adamam"

16:21 03-02-2020 | icon 651 | Siyasət
"...Razi Nurullayevi ən sərt formada tənqid etməsəm, ən ləyaqətsiz adamam"

Vüsal Qarayev: "Yeniliyi istəməyən hakimiyyətin bu yolda ən böyük dəstəkçiləri məhz sizsiniz"

 

"Əgər dediklərimizin əksi olsa Razi Nurullayevi ən sərt formada tənqid etməsəm ən ləyaqətsiz adamam. Bu qədər konkret danışıram. Mən burda, siz burda..."

 

Versus.Az xəbər verir ki, bu sözləri AXCP-nin Mətbuat Xidməti rəhbəri Vüsal Qarayev sosial şəbəkədə yayılmış “İmişli camaatı Razi Nurullayevi qovubmuş” "məlumatı" ilə bağlı açıqlamasında deyib.

 

Vüsal bəy bildirib ki, Razi Nurullayev və komandası prezident seçkilərində olduğu kimi, yenə də dayanmır, yerlərində saymır, gecə-gündüz çalışırlar, görüşlər keçirirlər:

 

"Razi Nurullayev vətəndaşın önündə açıq danışır, vətəndaşın sözünü deyir, onun dərdini-sərini gündəmə gətirir və məntiqli, savadlı şəkildə həlli yollarını göstərir. "Yol çəkəcəm", "qaz çəkəcəm", "ev tikəcəm", "pul paylayacam" demir. Vətəndaş da yeni, qeyri-ənənəvi, məntiqli, savadlı söz eşidir, inanmaq istəyir. Və bunu görən “rəqiblər” başlayıblar təxribata. Aranı qarışdırmaq, səs-küy salmaq üçün öz adamlarını Razi bəyin keçirdiyi görüşlərə göndərirlər. Amma cəhdləri alınmır, görüşlər davam edir, insanlar yeni nəsə eşitmək üçün gəlirlər, namizədimizi dinləyirlər, dərdlərini deyirlər. Qaraguruh isə özünü axrıncı yola qoyaraq qara işlərinə davam edir. Başlayıblar özlərinə məxsus səhifələrdə şayələr buraxmağa, guya Razi Nurullayevin qardaşı Xəlfəli kəndində “at oynadırmış” və sair".

 

Vüsal Qarayev qeyd edib ki, Razi Nurullayevin doğma kəndi olan Xəlfəlidə görüşü möhtəşəm keçib. Namizədin müləlimləri, kəndliləri onun, ailəsinin necə mədəni, sakit, zəhmətkeş insan olduqlarından ağız dolusu danışıblar:

 

"Maraqlıdır, həqiqətən Razi bəyin qardaşı ilə bağlı belə məsələ var idisə bu günə kimi niyə ortaya çıxmırdı? Məhz indimi, bu ərəfədəmi bildilər bunu? Digər məsələ, əllərində heç bir fakt olmadan yazırlar ki, Razi Nurullayevi İmişlidən qovublar. Niyə? İmişli camaatının Razi Nurullayevlə nə problemi ola bilər? Razi Nurullayev bu günə kimi deputat olmayıb, məmur olmayıb, heç bir dövlət vəzifəsində çalışmayıb ki, desinlər, bizim üçün bunları edə bilərdi, amma etməyib. Razi Nurullayev hələ indi deputat olmaq istəyir və seçiləcəyi təqdirdə nələr edəcək, nələr etmək istəyir onu vətəndaşın önündə açıq deyir. Deyir, uşaq pulunun verilməsi, pensiya yaşının aşağı salınması, işsizliyin aradan qaldırılması üçün rayonda sənaye parkının fəaliyyəti ilə bağlı parlamentdə məsələ qaldıracam. Pis nəsə deyir? Nədir sizi yandıran, narahat edən? Gedin müalicə olunun, içinizdəki qurdları tökün. Hə, əgər seçilərsə və dediklərinin əksini edərsə, o zaman İmişli camaatı Razi Nurullayevi rayondan qovsun, haqqları da var. Belə olarsa, mən də bir İmişli sakini kimi Razi Nurullayevi ən sərt formada tənqid etməzsəm ən ləyaqətsiz adamam. Necə ki, bu günə kimi istər ölkə, istər rayon rəhbərliyini ən sərt formada tənqid etmişəm. Amma bu gün İmişli camaatının Razi Nurullayevlə heç bir problemi yoxdur. Əksinə camaat fərqli söz eşidir. Mən də İmişli balasıyam, orda doğulub böyümüşəm. Rayon camaatıyla danışıram, hər kəs bunu deyir: Razi Nurullayev savadlıdır, fərqlidir, məntiqli danışır..."

 

V.Qarayev vurğulayıb ki, R.Nurullayevin ümumiyyətlə Azərbaycan siyasətində heç kimlə problemi olmayıb, siyasi mübarizədə əxlaq kriteryalarını aşmayıb, toxunulmaz dəyərlərə toxunmayıb. AXCP Mətbuat Xidmətinin rəhbəri bildirib ki, R.Nurullayevin tək problemi partiya adıyla bağlı məlum tərəflədir ki, bu da hüquqi məsələdir. Bu isə İmişli camaatını ümumiyyətlə maraqlandırmır, narahat etmir:

"Rayon camaatını kiminsə partiyadaxili problemi, çəkişməsi maraqlandırmır. Rayon camaatının dərd-səri başından aşır. Camaat onun sözünü deyən, onun problemini milli məclisdə səsləndirən, həllinə çalışan, onun yanında olan deputat istəyir. Və Razi Nurullayev də məhz bu deputat olacaq. Olmazsa, sözüm sözdür...

İllərdir bu millətin başını qatdı “qaraguruh”, “çığır-bağır”, “qaralama”, “şərləmə”, “söyüş” “mübarizə”si, müxalifəti. İnsanlar artıq inanmırlar. İnsanlar artıq savadlı, intellektli, dünyagörüşlü, mədəni, sivil mübarizə, fəaliyyət olan insanlar istəyirlər, istər müxalifətdə, istər iqtidarda. İnsanlar çığır-bağır, pafoslu çıxışlar yox, konkret iş istəyirlər. İnsanlar iyrəniblər sizdən, həyatları, fəaliyyətləri, “mübarizə”ləri qaraguruh, şər-böhtan, söyüş, əxlaqsızlıq üzərində qurulanlar, sizi deyirəm. İllərdir şərlə, böhtanla, söyüşlə, heç nə əldə etməmisiniz, bu xalqa heç nə verməmisiniz. Guya bu günə kimi hakimiyyətə gəlirdiniz, Razi Nurullayev tutdu qolunuzdan, qarşınızı kəsdi? Bütün yarıtmazlıqlarınızı, fəaliyyətsizlikləriniz, fiaskonuzu Razi Nurullayevə niyə yükləməyə çalışırsınız? Xalq hər şeyi görmürmü, görə-görə gəlmirmi? Sanki bunlar hakimiyyətə gəlirmiş, sanki bunlar ölkəni xilas edirmiş, Qarabağı azad edirmiş Razi Nurullayev imkan verməyib. Razi Nurullayev müxalifəti parçalayıbmış. Pardon, müxalifət nə zaman birləşmişdi ki? Nə zaman, hansı ideya ətrafında, xalqın, dövlətin xeyrinə birləşdi bu müxalifət? 3 partiya bir araya gələndə, 3 gün sonra yumruqlaşıb, söyüşüb ayrılmırlarmı?

Öz bədbəxtliklərinizi Razi Nurullayevə yükləyə bilməzsiniz. Əl çəkin murdarlıqdan. Üfunət iyi verir artıq köhnə metodlarınız. Metaztaz vermisiniz xərçəng kimi bu ölkəyə. Və yeniliyi istəməyən hakimiyyətin də bu yolda ən böyük dəstəkçiləri məhz sizsiniz, siz. Siz bu xalqın ən böyük düşmənisiniz. Hakimiyyətə də elə məhz sizin kimi düşünməyən manqurt, qaraguruh sürüsü lazımdır, yenilikdən qorxan əski qafalılar lazımdır, işıqdan qorxan yarasalar lazımdır. Zaman da, yol da yeniliyindir. Çəkilin yoldan..."

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin