ƏLİSAHİB HÜSEYNOVun növbəti görüşü Sumqayıt sakinləri ilə oldu - FOTO

17:22 03-02-2020 | icon 492 | Foto&Video
ƏLİSAHİB HÜSEYNOVun növbəti görüşü Sumqayıt sakinləri ilə oldu - FOTO

Seçicilər bildiriblər ki, Əlisahib Hüseynovun bir millət vəkili kimi onların etimadını doğruldacağına inanırlar

 

Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd, Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri, Qarabağ qazisi Əlisahib Hüseynov seçiciləri ilə görüşlərin davamı kimi Sumqayıt şəhərində yerləşən Qara İlyasov adına 1 saylı Qubadlı tam orta məktəbində məcburi köçkünlərlə izdihamlı görüş keçirib.

 

Versus.Az xəbər verir ki, bu barədə DADP Mətbuat xidmətindən bildirilib.

 

Məlumata görə, seçicilərin yüksək fəallığı ilə keçirilən görüşdə Əlisahib Hüseynov Prezident İlham Əliyevin başlatdığı islahatlar barədə geniş söhbət açıb, növbədənkənar parlament seçkilərinin keçirilməsinin məhz ölkədə başlanmış köklü dəyişikliklər və islahatlar prosesinə dəstək verilməsi məqsədilə nəzərdə tutulduğunu qeyd edib.

 

Görüşə gələnlərə təşəkkürünü bildirən Ə.Hüseynov, seçicilərə öz seçki Platforması barədə ətraflı məlumat verib, onları maraqlandıran məsələlərə münasibət bildirib. Deputatlığa namizəd seçiciləri fəal olmağa, fevralın 9-da layiq bildikləri namizədə səs verməyə çağırıb.

 

Ə.Hüseynovun vəkilləri, DADP-nin Seçki qərargahının fəalları və deputatlığa namizədin keçmiş döyüş yoldaşları da çıxış edərək onun keçib gəldiyi zəngin həyat yolu barədə seçicilərə ətraflı məlumat veriblər. Natiqlər Ə.Hüseynovun istər insan kimi, istər siyasi partiya lideri, istərsə də müharibə iştirakçısı kimi malik olduğu müsbət xüsusiyyətlərini qeyd edərək, bu cür qayğıkeş və xeyirxah bir insanın deputat seçiləcəyi təqdirdə öz seçicilərinə də həmişə diqqətlə yanaşacağını və Azərbaycanın nümunəvi millət vəkillərindən biri olacağını xüsusi olaraq vurğulayıblar.

 

Yüksək səviyyədə keçən görüş zamanı çıxış edən seçicilər islahatları və ölkə başçısının yeniləşmə siyasətini dəstəklədiklərini bildiriblər. Həmçinin, yeni seçiləcək deputatların əvvəlki deputatlardan fərqli olaraq öz seçicilərinin problemləri ilə yaxından maraqlanacağını gözlədiklərini diqqətə çatdırıblar.

 

Seçicilər deputatlığa namizəd Əlisahib Hüseynova dəstəklərini ifadə ediblər. Çıxış edən seçicilər bildiriblər ki, onlar Əlisahib Hüseynovun bir millət vəkili kimi onların etimadını doğruldacağına inanırlar və ona görə də fevralın 9-da ona səs verəcəklər.

Görüşdən sonra Ə.Hüseynov seçicilərlə fərdi söhbətlər edib, onların suallarını cavablandırıb.

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bəhramı EKMO cihazından ayırdılar - süni tənəffüs aparatına qoşdular

Şuşada da koronavirus TAPILDI

Prezident Türkiyə ilə vacib sazişi TƏSDİQLƏDİ

Mediadan Prezidentin Sərəncamına ilkin REAKSİYALAR

"Bu film ölkəmizə və xalqımıza qarşı düşmənçilik hissini gücləndirir"

Koronavirusdan bu vasitə ilə qorunmaq olar

Paytaxtdakı partlayışda ölü sayı 18-ə çatdı

Tural Gəncəliyev beynəlxalq konfransda erməni terrorundan DANIŞDI

Cəbhədə gərginlik artıb

Cəbhədə gərginlik

Messi "Barselona"nı tərk EDİR

Atəşkəs rejimi 52 dəfə pozulu

"Nazirlikdə erməni mənşəli insanların iş başında olması..."

Səhiyyə Nazirliyi koronaviruslu xəstələri müalicə edən tibb işçilərini topladı

Prezidentin iştirak etdiyi, dövlət layihələrində musiqi prodüseri