İskəndər Həmidov komadadır

23:02 03-02-2020 | icon 650 | Cəmiyyət
İskəndər Həmidov komadadır

"Artıq xeyli vaxtdır dəyərli dostumuz, Milli-Azadlıq Hərəkatının və Azərbaycan Xalq Cəbhəsinin öncüllərindən biri, Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidov kritik durumdadır".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında professor Adil Qeybulla deyib.

 

Professor bildirib ki, bu ilin 24 yanvarında, təxminən saat 17.00 radələrində bayır gəzintisi zamanı İsgəndər bəyin halı qəflətən pisləşib, huşunu itirib yıxılıb:

 

"Yanındakı qohumu Kamran Şərifov mənə dərhal zəng vurub bu barədə bildirdi, qərarlaşdıq ki, onu tez xəstəxanaya çatdırsın. 20 dəqiqə müddətində İsgəndər bəyi «City Hospital»a çatdırdılar. Kamran bəy mənə bildirdi ki, huşu gedəndən təxminən 5-7 dəq sonra özünə gəldi, qusmağa başladı və yenidən huşsuz vəziyyətə düşdü. Xatırladım ki, daxil olmazdan 5 gün öncə o, ciddi soyuqdəymə (kəskin respirator xəstəlik) diaqnozu ilə «City» Hospitalda 3 gün intensiv müalicə almışdı, vəziyyəti nisbətən yaxşılaşmışdı".

 

Professor qeyd edib ki, sabiq nazir klinikaya daxil olarkən huşsuz vəziyyətdə olub. Belə ki, dəri və selik qişaları kəskin avazımış, əl-ayaqları soyuq, qıcıqlara reaksiyası zəif, tənəffüsü səthi xırıltılı idi olub:

 

"Dərhal reanimasiya tədbirlərinə başladıq. Xəstəyə venoz kateter qoyuldu, monitora qoşuldu: nəbzi tezləşmiş və zəifləmişdi, dəq 120 vurğu/dəqiqə idi, Arterial təzyiqi ~110/60 idi, saturasiya pO2 = 55-60% idi. Qan təhlili leykositlərin kəskin artımını (30x103/µL) göstərdi.

Xəstəyə intensiv infuzion müalicə tədbirləri aparıldı, bronxlar sanasiya olundu, bundan sonra huşu qismən bərpa olunan kimi psixo-motor oyanıqlıq müşahidə olundu. Vəziyyəti stabilləşdirmək və saturasiyanı təmin etmək üçün xəstə süni tənəffüsə köçürüldü.

İlkin olaraq xəstəyə «Aorto-koronar şuntlama əməliyyatından sonrakı vəziyyət. Beyin qan dövranının pozulması. İkitərəfli pnevmoniya ilə ağırlaşmış kəskin respirator xəstəlik. Septik şok» diaqnozu qoyuldu".

 

Adil Qeybulla bildirib ki, sonrakı müayinə və müalicə tədbirləri üçün bir neçə saatdan sonra xəstənin Mərkəzi klinik xəstəxanaya (MKX) köçürülməsi qərara alınıb. Aparılan sonrakı müayinələr - Baş beynin MRT-si, Baş beyin, döş qəfəsi, qarın və çanaq boşluğu orqanlarının kompyüter tomoqrafiyası - nəticəsində xəstədə beyində qanama, işemik insult, ikitərəfli virus pnevmoniyası, kreatinin yüksəlməsi müəyyən edilib:

 

"Son klinik diaqnoz: «Aorto-koronar şuntlama əməliyyatından sonrakı vəziyyət. Beyin qan dövranının pozulması. İkitərəfli pnevmoniya ilə ağırlaşmış kəskin respirator xəstəlik. Septik şok. Baş beynin sağ hissəsində arxa birləşdirici arteriyada 6x4.5 mm ölçülərdə kisəvarı anevrizma. Anevrizmanın (subaraxnoid) qanaması. Sağ beyin yarımkürəsində gickah-alın-təpə nahiyələrində geniş yarımkəskin işemik insult sahələri. Xroniki böyrək çatmazlığı».

Hazırda İsgəndər Həmodovun müalicəsi MKX-in reanimasiya şöbəsində intensiv şəkildə davam etdirilir. O komadadır, vəziyyəti ağırdır, süni ventilyasiya aparatına qoşulub. Türkiyədəki müalicə həkimləri ilə intensiv danışıqlar gedir.

Allah şəfa versin! Dualarımızı əsirgəməyək".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...