Honkonqda koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

10:30 04-02-2020 | icon 436 | Dünya
Honkonqda koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

Honkonqun xüsusi inzibati bölgəsində yeni növ koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb.

 

Versus.Az xəbər verir ki, Şahzadə Marqaret Xəstəxanasında koronavirusdan müalicə alan 39 yaşlı xəstə səhər saatlarında qəfildən dünyasını dəyişib.

 

Məlumatda bildirilir ki, ölən şəxs yanvarın 21-də sürətli qatarla Vuhana səfər edib və iki gün sonra Honkonqa qayıdıb. Yanvarın 31-də simptomlar özünü göstərməyə başlayarkən dərhal tibbi yardıma müraciət edib və ona yeni növ koronavirus diaqnozu qoyulub.

 

Son məlumatlara görə, Honkonqda 15 yoluxma hadisəsi qeydə alınıb, daha 159 adam tibbi nəzarətdədir.

 

Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb. Virusa yoluxanların sayı 20 438-ə, ölənlərin sayı isə 425-ə yüksəlib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür