"Bayatı Şiraz" muğamı təqdim edildi

11:04 04-02-2020 | icon 441 | Mədəniyyət
"Bayatı Şiraz" muğamı təqdim edildi

Beynəlxalq Muğam Mərkəzinin “Muğam axşamları” layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzinin solistləri Almaxanım Əhmədli, Səbinə Ərəbli və Hüseyn Məlikovun ifasında "Bayatı Şiraz" muğamı təqdim edildi.

 

Versus.Az xəbər verir ki, “Bayatı-Şiraz” muğamı öz gözəl, axıcı melodikasına və dərin təsir qüvvəsinə görə musiqiçilər tərəfindən çox zaman “ərusi – musiqi” yəni “musiqinin gəlini” adlandırılır. Təqdim edilən gecədə muğamın etimologiyasına uyğun olaraq xanəndələr muğamın texniki imkanları və fəlsəfəsini mükəmməl şəkildə dinləyicilərə təqdim etdilər.

 

Hüseyn Məlikovun özünəməxsus, Almaxanım Əhmədlinin məxməri və Səbinə Ərəblinin incə, zərif bir az da həzin səslərinin palitrasında bu dəfə “Bayatı Şiraz” tamam yeni bir rəngdə özünü büruzə verdi. Muğam ifaçılığında hər bir muğam dəstgahının təqdimi xanəndələrin individual yanaşmaları ilə seçilir. Bu dəfə də ifaçılar öz səs imkanları müqabilində dəstgahı muğamsevərlərə sevdirə bildilər.

 

Mədəniyyət, incəsənət və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konsert muğamsevərlər tərəfindən maraqla qarşılanıb.

 

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də “Muğam axşamları” layihəsidir. Bu layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərməkdədir . Təqdim edilən konsertlərdə bu günə kimi tanınmış , görkəmli xanəndələrimizin ifasında əsas muğamlarımız təqdim edilib.

 

Layihənin konsertlərinə biletləri şəhərimizin kassalarında, Asan xidmət mərkəzlərində və iticket.az saytından əldə etmək olar.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin