"Azərbaycanlı girovlarla bağlı məsələyə baxılması tezləşdirməlidir"

14:11 02-05-2018 | icon 799 | Qarabağ
"Azərbaycanlı girovlarla bağlı məsələyə baxılması tezləşdirməlidir"

"Ermənilər tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevə işgəncələr verilməsi ilə bağlı məsələ daim diqqət mərkəzindədir".

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə açıqlamasında Dilqəm Əsgərovun vəkili Anar Bağırov bildirib.

Vəkil qeyd edib ki, bu barədə mütəmadi məlumatlar toplanaraq Avropa İnsan Haqları Məhkəməsinə göndərilir:

 

"Ümid edirik ki, Avropa İnsan Haqları Məhkəməsi tez bir zamanda bu məsələ ilə bağlı ədalətli qərar qəbul edəcək. Bu hər bir Azərbaycan vətəndaşını narahat edən problemdir. Hesab edirəm ki, Avropa İnsan Haqları Məhkəməsi öz prinsiplərinə sadiq qalaraq bu məsələnin baxılmasını tezləşdirməlidir".

 

Beynəlxalq Qızəl Xaç Komitəsinin Şahbaz Quliyev və Dilqəm Əsgərovla sonuncu görüşü zamanı onların ailələrinə təqdim etdikləri videogörüntülərlə bağlı da sənədlərin hazırlandığını deyən Anar Bağırov bildirib ki, yaxın vaxtlarda həmin sənədlərin də toplanması başa çatacaq və bu sənədlər də Avropa İnsan Haqları Məhkəməsinə göndəriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...