Yeni Günəşlidə FƏRƏC QULİYEVə dəstək görüşü keçirilib - FOTO

09:14 05-02-2020 | icon 716 | Foto&Video
Yeni Günəşlidə FƏRƏC QULİYEVə dəstək görüşü keçirilib - FOTO

Seçkilərdə onun qələbə qazanacağına əminliklərini bildirdilər

 

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin fəxri prezidenti olduğu “Bozqurd Fight Club” idman klubunun təşəbbüsü ilə Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində deputatlığa namizədliyini dəstəkləmək məqsədi ilə F.Quliyevlə görüş keçirilib.

 

Versus.Az-ın məlumatına görə, görüşdə idman klubunun üzvləri, qəsəbədən olan çoxsaylı idmançılar və valideynlər iştirak ediblər.


Klubun direktoru Süleyman Əliyev çıxış edərək, əvvəlcə F.Quliyevin milli ideoloq və lider kimi fəaliyyətindən, daha sonra isə idmanın inkişafındakı təşəbbüs və xidmətlərindən danışıb. O, F.Quliyevin ona edilən müraciətlərə diqqətlə yanaşmasını qeyd edərək, “Bozqurd Fight Club” idman klubuna verdiyi dəstəyə görə ona klub üzvləri və valideynlər adından təşəkkürünü bildirib.


F.Quliyev isə çıxış edərək, dövlətin yürütdüyü gənclər və idman siyasətinə verdiyi təkliflər və təqdim etdiyi konseosiyalar barədə danışıb. O, həyata keçməsi arzusunda olduğu məsələlərlə bağlı prinsipiallığını davam etditrəcəyini, xalqımızın həm fiziki, həm də mənəvi cəhətdən sağlam gəncləri ilə fəxr etdiyini bildirdi.
Səmimi söhbətlər çərçivəsində klubun baş məşqçisi Rövşən Rəhimov, digər idmançılar və valideynlər də səmimi olaraq diqqət və qayğısına görə F.Quliyevə təşəkkürlərini bildirdilər.

 

Görüşdə F.Quliyev Bakıda keçirilən “Prezident Kuboku”-da idmançılara göstərdiyi qayğıya görə “Azərbaycan Free Fight” (sərbəst döyüş) idman klubu adından klubun prezidenti Sahib Yunus tərəfindən Fəxri Fərman və Azərbaycan Döyüş İdmanı və Döyüş Növləri Mərkəzinin prezidenti Samir Hüseynov tərəfindən Azərbaycan idmanına və idmançılarına göstərdiyi diqqət və qayğıya görə Fəxri Fərmanla təltif edildi.


Parlament seçkilərində yekdilliklə onu dəstəkləyəcəklərini vurğulayan görüş iştirakçıları F.Quliyevin qələbə qazanacağına əminliklərini bildirdilər.


Tədbir xatirə şəkillərinin çəkdirilməsi ilə yekunlaşıb.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Keçmiş deputatın şirkəti dələduzluq edir - VİDEO

"Qisas" əməliyyatından sonra ikinci DƏMİR YUMRUQ əməliyyatı - VİDEO

Bir tarixin
TƏƏSSÜRATLARI

"Erməni cinayətlərinin məsuliyyəti sülhməramlıların üzərində qalacaq”

Aldadılan yazıçı-jurnalist evini geri istəyir - PREZİDENTƏ MÜRACİƏT

Aydın Xan Əbilov elə tənqid etdi ki... - VİDEO

Etibar Məmmədovun partiyası keçmişlə gələcək arasında qalıb - VİDEO

Sahibkarlara yandırılan "yaşıl işığ"ı kimlər söndürür? - VİDEO

“Azərbaycanda dini qarşıdurma ehtimalı yoxdur, amma..”

Rus sülhməramlıları ilə Azərbaycan ordusunu qarşı-qarşıya qoyulur - VİDEO

"Bu yüksəklikdən istənilən proseslərə müdaxilə etmək imkanımız olacaq"

Səhər acqarına isti su içməyin FAYDASI

Kimlərin belində daha çox "qrıja" əmələ gəlir?

Ağdam xəstəxanasında 12 nəfər ZƏHƏRLƏNİB

Yemiş tumlarının 5 FAYDASI