Bu il mənim üçün fərqli oldu

17:34 16-06-2017 | icon 693 | Uşaq Dünyası
Bu il mənim üçün fərqli oldu

Salam. Adım Arif, soyadım Pənahlıdır. Atamın adı Cəsarət, anamın adı Aynurədir. Hər ikisi müəllimdir. Bir qardaşım var – Qadir. Bu il orta məktəbi bitirir. Səbirsizliklə ali məktəbə qəbulunu gözləyirəm. Cıqqılı bacım da var Arzum adında. Onun barəsində yazsam, yazmaqla bitməz.

Özümə gəlincə, mən Xırdalan şəhəri 7 saylı orta məktəbin 6-cı sinfini bitirdim. Bu il mənim üçün fərqli oldu. Çünki musiqi məktəbinə imtahan verərək tar sinfinə qəbul olundum. İmtahan zamanı səsimi də bəyəndilər. Ona görə mən həm də Qasım müəllimin dərs keçdiyi muğam sinfində də oxudum, bir neçə muğam ifa etməyi öyrəndim. Tar müəllimimin adı Zaur müəllimdir. Tarda da bir çox mahnı və muğam ifa etməyi öyrəndim. Solfecio müəllimimin adı Leyladır. Çox yaxşı müəllimədir. Musiqi məktəbinin 1-ci sinfini əla qiymətlərlə başa vurdum. Hər iki imtahandan 5 qiymət aldım. Düzdür, məktəbdə bütün qiymətlərim 5 olmadı, bəzi fənlərdən 4 qiymət aldım. Amma çalışacam ki, gələn il burda da bütün fənlərdən 5 alım.

Son olaraq qeyd edim ki, məktəbimizdə keçirilən “Son zəng” tədbirində “Yaşa mənim xalqım” mahnısını tarda ifa etdim. Bu ayın 12-də isə “Nağıllarımızı yaşadaq” adlı tədbirdə bir nağılın əsas obrazını canlandırdım. Münsiflər heyəti çox gözəl qarşıladılar ifamı və mənə hədiyyə verdilər.

Bu günlük bu qədər. Yazımın çox oxunduğunu görsəm, bəyəndiyinizi başa düşəcəm və növbəti yazımı sizə təqdim edəcəm.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı