"Siyasi sabitlik olmayan ölkənin iqtisadi inkişafı ola bilməz"

13:55 17-07-2023 | icon 619 | Siyasət
"Siyasi sabitlik olmayan ölkənin iqtisadi inkişafı ola bilməz"

Rafiq Daşdəmirli:llərdir “kreslo” mübarizəsi aparan məmurları vətəndaşın taleyi qətiyyən maraqlandırmır"

 
 

"Hər an ölkədə siyasi sabitliyin pozulacağından qorxan oliqarxiya şəffaf iqtisadiyyatın, biznes mühitinin inkişafında maraqlı deyillər. Yəni, orta və kiçik sahibkarlıq məhv edilibsə, iqtisadi inkişafdan söz gedə bilməz".

 
 
Versus.Az xəbər verir ki, bunu Milli Cəbhə Partiyası (MCP) sədrinin birinci müavini Rafiq Daşdəmirli deyib.
 
 
O deyib ki, illərdir “kreslo” mübarizəsi aparan məmurları ölkənin, vətəndaşın taleyi qətiyyən maraqlandırmır:
 
 
“Onları maraqlandıran şey şəxsi biznesləri, mənfəətləri, vəzifələridir. Bir zamanlar ölkəmizdə yüz minlərlə insanın işlədiyi iri zavodlar, fabriklər var idi. İndi onlardan əsər-əlamət qalmayıb. Onların əksəriyyəti dağıdılıb, bəzilərinin isə qapıları qıfıllanıb, ağzıgünə qalıb. Ölkəyə qoyulan böyük sərmayələr isə ancaq neft sektorunun inkişafına sərf edilir, ondan gələn gəlirlər isə tam olaraq göyə sovrulur, daha doğrusu kimlərinsə cibinə axır. Lakin artıq neft erası bitir. Bir çarə düşünmək lazımdır. Ölkədə günü-gündən ərzaq məhsullarının qiyməti qalxır, işsizlik artır, iş tapmaq müşgül məsələ olaraq qalır. Ölkənin ziyalı, bütün bunları deyəcək kəsimi, kasıb təbəqəyə dəstək olmaq əvəzinə susur və ya susdurulur. Xalqın taleyindən məsul olanlar isə öz talelərini daha da yaxşılaşdırmaqla məşğuldurlar, xalqın bədbəxtliyi hesabına.
Ölkəni o günə qoyublar ki, əli tutan, ağlı kəsən hər kəs xaricə qacmaq barədə düşünür. Vətəndaşın psixologiyası pozulub, insanlarda sabaha ümid qalmayıb. Ən dəhşətlisi, övladına bir tikə çörək apara bilməyənlər, sosial əzablardan bezənlər çıxış yolunu intiharda görürlər. Uşaq ölümlərinə görə də öncül ölkələr sırasında yer tuturuq. Boşanmalar da artır”.
 
 
Kənd təsərrüfatında ciddi problemlərin olduğunu deyən sədr müavininin sözlərinə görə artıq, “Torpaq kəndlinindir” deyimi yoxa çıxıb:
 
 
“Oliqarxlar bu sahəni də “qanadları altına” alıblar. Vəzifə san ki, sadəcə ailə biznesini genişləndirmək üçün verilir insanlara. Xalqa, dövlətə xidmət, bunlar unudulub. Kəndlinin artıq əkib-becərdiyi torpağı yoxdur, qoyunçuluq, maldarlıq, fermer təsərrüfatı, bunlar vəzifəlilərindir, kəndli isə olub muzdlu işçi. Məsələn taxılçılıq, əksəriyyəti yerli icra strukturlarının monopoliyasındadır”.
 
 
Rafiq Daşdəmirli bildirib ki, ölkənin geniş turizm potensialı olsa da bundan səmərəli isttifadə edilmir:
 
 
“Bəs cəmiyyətin güzgüsü olan media, özəlliklə televiziyalar nə edirlər ? Əyləncə, şou proqramlar, çal-oynasın və yalan, şişirdilmiş “inkişaf” xəbərləri. Bütün günü televiziyalarda turist axını elə gəldi, turist axını belə getdi. Hanı o turist axını, biz niyə görmürük ? Turizm sektoru inkişafdadır deyənlər, başlarını qaldırıb çox uzağa yox, qonşu Gürcüstana baxsınlar, Türkiyəni demirəm heç. Bəli turist cəlb etmək üçün potensialımız var. Lakin bunun üçün nə edirik? Bahaçılıq, turist axınının qarşısında bir səddir. Heç biz vətəndaşlar özümüz öz ölkəmizdə hansısa rayona gedib dincələ bilmirik, fantastik qiymətlərə görə. Bir dənizimiz var, sahili hasarlanıb, suyu çirkli. Bölgələrimiz, təbiətimiz gözəl, bəli, amma yenə də oliqarx monopoliyası, hər yer tutulub, özəlləşdirilib, turistik məkanlarda kosmos qiymətləri. O yerlərə bir dəfə gedən, bir daha getməz. Xidmət isə qiymətlərlərdən qat-qat aşağı, sıfır səviyyəsində”.
 
 
“Səhiyyə sistemimiz, sadəcə can verir, elə vətəndaş kimi”, deyən sədr müavini, “Hər kəsin bir duası var, allah heç kimi Azərbaycanda xəstəxanaya salmasın”, deyə vurğulayıb:
 
 
“İnsanlar səhiyyə sistemin nifrət edirlər. Səhiyyəmizdə elə utancverici, rəzalət hallar yaşanır ki, vətəndaş elə bir aşağılanmış duruma salınır ki, insanlar son nəfəsinə kimi həkimə getməmək üçün ölümlə mübarizə aparırlar. Naşı, savadsız həkim desən var, rüşvət desən var, özbaşınalıq var, vətəndaşa üstənaşağı baxmaq var. Xəstəxanada ən kiçik tibb bacısında tutmuş, baş həkimə kimi, hər kəs vətəndaşı soymaqla məşğuldur. Dərmanlarla bağlı hökümət proqramı olsa da hər bir aptekın öz qiyməti var. Daha bir bəla, bəzi dərmanların satışı qanunla tənzimlənsə də, psixtrop dərmanlar gizli satılmaqdadır. Bu da narkomaniyayanın yolunu açır. Nəqliyyatda da vəziyyət rəzalətdir. Marşrut sistemində özbaşnalıq, insanlar narazı, insanlar zülm içində, insanlar evdən işə, işdən evə gedə bilmir”.
 
 
Rafiq Daşdəmirli təhsil sisteminiu də tənqid edib:
 
 
“Təhsil sistemində “yeniliklər”, yeni qaydalar, “islahatlar” özünü doğrultmadı. Çünkü hər şey dəyişsə də rüşvət dəyişmədi. Rüşvətin olduğu təhsildə də inkişaf utopoiyadır. Milli Cəbhə Partiyası (MCP) olaraq müxtəlif sahələrdə mövcud problemlərin həlli istiqamətində hökümətə dəfələrlə təkliflər paketi təqdim etmişik. Bəzi, məsələn viza, kənd təsərrüfatı, səhiyyədə sığorta kimi məsələlərdə təkliflərimiz nəzərə alınsa da, hələ də görülməli işlər həddindən artıq çoxdur. Ən önəmlisi isə, ciddi siyasi islahatlara ehtiyac var”.
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin