Koronavirus şübhəsi ilə xəstəxanada karantinə götürülənlərin sayı 7 nəfərə çatdı

10:07 05-02-2020 | icon 313 | Sağlamlıq
Koronavirus şübhəsi ilə xəstəxanada karantinə götürülənlərin sayı 7 nəfərə çatdı

Koronovirus şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən şəxslərin sayı 7 nəfərə çatıb.

 

Versus.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri nin birgə məlumat yayıb. Məlumatda bildirilir ki, hazırda KTM-in yoluxucu xəstəliklər şöbəsində 7 nəfər var.

 

1-2. Pekində təhsil alan 1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşı, 1993-cü il təvəllüdlü həyat yoldaşı ilə birlikdə gəlib. Heç bir şikayətləri yoxdur, hər ikisi həkimlər tərəfindən müayinə olunub.

3. Çinin Jinxua şəhərində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşı. Hərarəti normaldır, heç bir şikayəti yoxdur. Analizləri götürülüb, müayinə olunacaq.

4. Çinin Jinxua şəhərində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşı. Hərarəti normaldır heç bir şikayəti yoxdur.

5. Çinin Şandonq şəhərində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşı. Heç bir şikayəti yoxdur. Xəstələrlə kontaktı olmayıb.

6. Çinin Zeyiyanq şəhərində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşı (qız) hərarəti normaldır heç bir şikayəti yoxdur. Həkim müayinəsindən keçiriləcək .

7. Pekində təhsil alan 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşı hərarəti normaldır. Həkimlər tərəfindən müayinə olunub hal hazırda səhhətində problem yoxdur.

 

Yuxarıda qeyd olunanlar ölkəyə tranzit aviareyslərlə İstanbul, Dubay və Moskva şəhərlərindən gəliblər.

 

Xüsusi ayrılmış tibb müəssisəsində saxlanılanların səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol