Moskvada “Sovet Azərbaycanının əks-sədası. Xalça. Tikmə. Plakat” adlı sərgi açılıb

11:54 05-02-2020 | icon 1056 | Mədəniyyət
Moskvada “Sovet Azərbaycanının əks-sədası. Xalça. Tikmə. Plakat” adlı sərgi açılıb

Moskvada Rusiya Dövlət Şərq Muzeyində “Sovet Azərbaycanının əks-sədası. Xalça. Tikmə. Plakat” adlı sərgi açılıb. 

 

Versus.Az xəbər verir ki, Rusiya Dövlət Şərq Muzeyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı, Azərbaycan və Rusiya Mədəniyyət nazirlikləri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə açılmış “Sovet Azərbaycanının əks-sədası. Xalça. Tikmə. Plakat” adlı sərgidə 40-dan çox eksponat nümayiş olunur.

 

Sərginin açılış mərasimində çıxış edən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirib ki, Azərbaycan xalçasının UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilməsinin 10 illiyinə həsr edilmiş bu sərgidə ötən əsrin 20-70-ci illərində “Azərxalça” İstehsalat Birliyində hazırlanmış, maraqlı süjet kompozisiyalarından ibarət xalçalar təqdim olunur:

“Azərbaycan xalçası xalqımızın tarixinin bütün dövrlərini əks etdirən rəmzdir. Sovet vaxtı bir çox milli sənətlər unudulsa da, Azərbaycanda xalçaçılıq sənəti inkişaf edir, milli xalçalarımız bütün dünyaya ixrac olunurdu. Məşhur rəssamlarımız Lətif Kərimov, Mikayıl Abdullayev, Qəzənfər Xalıqov, İsmayıl Axundov, Kazım Kazımzadə, Salam Salamzadə və başqalarının eskizləri əsasında hazırlanmış xalçalar indi də dünyanın məşhur muzeylərində saxlanılır. Bu ənənə hazırda uğurla davam etdirilir”.

 

Şərq Muzeyinin direktoru Aleksandr Sedov isə çıxışında qeyd edib ki, onların muzeyində də ötən əsr Azərbaycanına aid bir sıra eksponatlar var:

“Biz onları da sərgidə nümayiş etdiririk. Bu, işləmələr, çini qablar və digər eksponatlardır. Sərgini gələcəkdə Bakıda və daha sonra digər xarici ölkələrdə nümayiş etdirmək niyyətindəyik”.

 

Azərbaycanın Rusiyadakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Nigar Axundova bu maraqlı ekspozisiyanın nümayişinin Azərbaycan mədəniyyətinin Rusiyada təbliği istiqamətində atılan daha bir uğurlu addım olduğunu vurğulayıb.

 

Qeyd edək ki, “Sovet Azərbaycanının əks-sədası. Xalça. Tikmə. Plakat” sərgisində 40-dan çox eksponat – xalçalar, plakatlar, əl işləri, kitab qrafikası, teatr afişaları və tikmələr nümayiş etdirilir. Sərgi martın 1-dək davam edəcək. /APA/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”