MSK Fərəc Quliyevlə bağlı Baş Prokurorluğun qərarını gözləyəcək

21:07 05-02-2020 | icon 428 | Siyasət
MSK Fərəc Quliyevlə bağlı Baş Prokurorluğun qərarını gözləyəcək

Məzahir Pənahov: "Baş Prokurorluq məsələyə baxıb cinayət tərkibi müəyyən etsə, MSK bu məsələyə yenidən qayıda bilər"

 

Mərkəzi Seçki Komissiyası (MSK) 31 saylı Suraxanı İkinci Seçki Dairəsini ciddi nəzarətdə saxlayacaq.

 

Versus.Az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. 

 

MSK sədri bildirib ki, indiki mərhələdə qanunvericiliyin tələbi həmin dairədən namizədliyi qeydə alınmış Fərəc Quliyevə xəbərdarlıq edilməsidir:

“Mehman Hüseynov MSK ilə yanaşı, Baş Prokurorluğa və Ombudsmana da müraciət edib. MSK, sadəcə, öz səlahiyyətləri çərçivəsində olan məsələlərə baxır. Əgər Baş Prokurorluq məsələyə baxıb cinayət tərkibi müəyyən etsə, MSK bu məsələyə yenidən qayıda bilər”.

 

Qeyd edək ki, 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən deputatlığa namizəd Mehman Hüseynov sosial şəbəkələrdə həmin dairədən deputatlığa namizəd olan F. Quliyevlə danışığının səs yazısını yayıb. Səs yazısında F. Quliyevin Mehman Hüseynova 10-15 min manat pul təklifi əksini tapıb. F. Quliyev isə sonradan məsələyə münasibət bildirərək həmin pulu M. Hüseynovun müalicəsi üçün təklif etdiyini, M. Hüseynovun danışığın səs yazısını montaj edərək yaydığını bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI