MDB-nin Müşahidə Missiyası seçkilərlə bağlı aralıq hesabatını yayıb

21:41 05-02-2020 | icon 452 | Siyasət
MDB-nin Müşahidə Missiyası seçkilərlə bağlı aralıq hesabatını yayıb

Müstəqil Dövlətlər Birliyinin Müşahidə Missiyası fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı aralıq hesabatını yayıb.

 

Versus.Az xəbər verir ki, MDB İcraiyyə Komitəsinin saytında dərc olunmuş hesabat 19 yanvar-3 fevral dövrünü əhatə edir.

 

Hesabata görə, monitorinq çərçivəsində MDB-dən olan uzunmüddətli müşahidəçilər Bakı ilə yanaşı, 21 rayon və şəhərdə seçki kampaniyasını izləyiblər və bu qənaətə gəliblər ki, bu sayda namizədin seçki kampaniyasında iştirakı seçki sisteminin açıq olduğunuı, ölkədə siyasi plüralizm və seçicilər üçün real seçim imkanının olduğunu göstərir.

 

Hesabatda deyilir ki, seçki komissiyaları seçkilərin qanunvericiliyə uyğun şəkildə təşkili üçün bütün lazımi tədbirləri görür. Deputatlığa namizədlərə və siyasi partiyalara təbliğat aparmaq üçün bərabər şərait yaradılıb, namizədlər və onların nümayəndələri seçicilərlə aktiv görüşləri davam etdirirlər.

 

Təbliğat kampaniyasının sakit keçdiyini deyən müşahidəçilər hesab edirlər ki, bu, keçirilən dövr ərzində hər hansı ciddi qanun pozuntusunun olmadığını göstərir.

 

Missiya MSK, Baş Pokurorluq, Ali Məhkəmə və DİN-ə müraciət edərək, seçki prosesinin pozulması ilə bağlı vətəndaşlardan daxil olan müraciətlər, onlara baxılmasının nəticələri haqda məlumat verməyi xahiş edib. Cavablar öyrənildikdən və ümumiləşdirildikdən sonra müvafiq məlumat Missiyanın yekun bəyanatında öz əksini tapacaq.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”