Rüstəm Müslümov dünya ikincisi oldu

14:02 01-05-2018 | icon 1456 | İdman
Rüstəm Müslümov dünya ikincisi oldu

İdmançılarımız son illər demək olar ki, bütün növlər üzrə keçirilən yarışlarda yüksək nəticələr əldə edirlər.

 

Versus.Az xəbər verir ki, belə uğurlu nəticələr əldə edənlər sırasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının da adları var. Onlardan biri Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rüstəm İlham oğlu Müslümovdur.

 

R.Müslümov bu il martın 13-də keçirilən Şərq Döyüş Növləri Federasiyaları Şurasının, Gənclər və İdman Nazirliyinin razılığı və təşkilatcılıqı ilə "Kempo" döyüş növü üzrə 8 - ci ənənəvi Azərbaycan çempionatında 80 kiloqram çəki dərəcəsində yarışaraq bütün görüşlərində qələbə qazanıb və ikiqat Azərbaycan çempionu adına layiq görülüb.

O, bu uğurunu aprelin 15-də respublikamızda keçirilmiş beynəlxalq "grappling team" turnirində də davam etdirib və qalibi olaraq Macarıstanın paytaxtı Budapeşt şəhərində "Kempo" əlbəyaxa döyüş növləri üzrə 15-ci Dünya cempionatına vəsiqə qazanıb. 

 

Nəhayət, idmançımız aprelin 28-də dünyanın 70-ə yaxın ölkəsinin idmançılarının qatıldığı Budepeşt turnirində Azərbaycanı layiqincə təmsil edərək finala yüksəlib. Yalnız finalda məğlub olan Rüstəm Müslümov gümüş medal qazanıb və dünya ikincisi olub.

 

Bununla Rüstəm həm də ikiqat dünya mükafatçısı olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI