"Pensiya artımları üzrə pensiyaçılara illik əlavə 1 milyard manat ödəniləcək"

18:36 06-02-2020 | icon 860 | Cəmiyyət
"Pensiya artımları üzrə pensiyaçılara illik əlavə 1 milyard manat ödəniləcək"

"Ötən ilki və hazırki pensiya artımları üzrə pensiyaçılara illik əlavə 1 milyard manat ödənəcək".

 

Versus.Az xəbər verir ki, bunu Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 6 fevral 2020-ci il tarixli sərəncamının icrası ilə əlaqədar mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. O bildirib ki, Prezident İlham Əliyevin bugünki sərəncamı ilə orta aylıq pensiya məbləği 262 manatdan 300 manatadək yüksəlib. Artım 2020-ci ilin 1 yanvar tarixindən tətbiq olunacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək.

 

Babayev bildirib ki, işləyən əhalinin fərdi hesablarındakı pensiya kapitalı da Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata uyğun olaraq, istehlak qiymətləri indeksinin 2019-cu il üzrə illik səviyyəsinə uyğun səviyyədə indeksləşdirilməklə yanvarın 1-dən 2,6 faiz artırılacaq:

"Həmin kapitallarda artım isə sığortaolunanlara gələcəkdə təyin olunacaq pensiyaların məbləğinin artımına əsas yaratmış olur. Bu, bir tərəfdən də əmək müqaviləsi ilə çalışaraq sosial sığorta sistemində fəal iştirak üçün bir stimuldur".

 

Nazir qeyd edib ki, bu, qeyri-formal məşğulluq sahəsində işləyən vətəndaşlara bir mesajdır:

"Bununla onlar da öz əmək fəaliyyətlərini rəsmiləşdirsinlər, pensiya kapitallarına malik olsunlar ki, hər il dövlət tərəfindən həmin pensiya kapitallarının indeksləşdirilərək artırılması imkanından faydalansınlar. Beləliklə də gələcəkdə pensiya təminatı hüququna sahib olsunlar".

 

Qeyd edək ki, Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 6 fevral tarixli sərəncamına əsasən, bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 16,6 faiz artırılıb.

 

Gözəl Nəcəfli
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF