"Bizə kabinet deputatı yox, qazi deputatlar lazımdır" - FOTO

19:01 06-02-2020 | icon 872 | Foto&Video
"Bizə kabinet deputatı yox, qazi deputatlar lazımdır" - FOTO

ƏLİSAHİB HÜSEYNOV: "Deputat olmaq insanı öz Vətəni uğrunda döyüşməkdən azad etmir, əksinə, məsuliyyəti ikiqat artırır"

 

"Baxmayaraq ki, artıq təbliğat-təşviqat kampaniyasının sonuna yaxınlaşmışıq və seçkiyə sayılı günlər qalıb, biz təbliğati fəaliyyətimizi, təşviqat işlərimizi tam gücü ilə davam etdiririk. Başqa sözlə desək, yanvarın 17-dən bu günə qədər gördüyümüz işlə kifayətlənmirik, arxayınlaşmırıq".

 

Versus.Az-ın məlumatına görə, Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri, Qarabağ qazisi, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Əlisahib Hüseynov bildirib.

 

Əlisahib Hüseynov seçki kampaniyasının son günlərini və son saatlarını da dəyərləndirmək və səmərəli keçirmək fikrində olduqlarını vurğulayıb. Qeyd edib ki, seçicilərlə təmasları, birbaşa ünsiyyəti ara vermədən davam etdirirlər:

 

"Harda bir məcburi köçkün seçicimiz yaşayırsa, ora getməyə, o seçicimizi salamlamağa, onunla həmsöhbət olmağa çalışırıq. Bizim üçün hər bir seçici dəyərlidir. Biz bəzi namizədlər kimi özümüzü gözə soxmaq naminə, piar məqsədilə kampaniya aparmırıq. Bizim məqsədimiz hər bir məcburi köçkün ailəsinin real problemləri ilə maraqlanmaqdır, hər bir seçiciyə deputatlığa namizədlə təmas imkanı yaratmaqdır".

 

Qeyd edək ki, Əlisahib Hüseynov fevralın 5-də də gün ərzində Sabunçu rayonunun Pirşağı qəsəbəsi, Yeni yaşayiş massiviində, Zabrat qəsəbəsi, Maşınqayırma zavodunun bağca binasında, Maşınqayırma zavodunun 2 saylı yataqxanasında yaşayan məcburi köçkünləri ziyarət edib:

 

"Bu məkanlarda yaşayan soydaşlarımız da 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən səsvermə hüququ olan seçicilərdir. Mən və seçki qərargahımızın üzvləri bir-bir hər mənzilin qapısını döydük, hər bir seçiciyə bukletlərimizi təqdim etdik.

Seçicilərimizin fəallığı xoşuma gəlir. Onlar bukletlərdə qeyd olunan məlumatlarla yaxından maraqlanır, Platformamla tanış olur və onları narahat edən məsələləri dilə gətirirdilər. Mən onlara ölkənin ümumi iqtisadi yüksəlişi və sosial ədalətin bərqərar olunması çərçivəsində məcburi köçkünlərə, şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində diqqətin daha da artırılması üçün var gücümlə çalışacağımı, həmçinin rayon icra hakimiyyətlərini və Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsini məcburi köçkünlərə qarşı daha diqqətli yanaşmağa və daha həssas davranmağa çağıracağımı bildirdim.

Eyni zamanda torpaqlarımızın tezliklə erməni işğalından azad edilməsi üçün hətta bir deputat kimi də hər an döyüşməyə hazır olduğumu onların diqqətinə çatdırdım. Deputat olmaq insanı öz Vətəni uğrunda döyüşməkdən azad etmir. Əksinə, məsuliyyəti ikiqat artırır. İndi bizə kabinet deputatı yox, qazi deputatlar lazımdır. Azərbaycanın müharibə vəziyyətində olmasıı, Qarabağın düşmən tapdağı altında inləməsi bunu tələb edir. İşğal olunmuş torpaqların deputatı da, seçicisi də hər an döyüşə hazır olmalıdır. Mən buna hazıram. Seçicilərimdə də bu ruhu sezdim, bu mübarizliyi hiss etdim".

 

Qeyd edək ki, deputatlığa namizəd ona və komanda üzvlərinə göstərdikləri çox səmimi, doğma münasibətə görə təşəkkür edib, "hər biriniz çox dəyərlisiniz, əziz soydaşlarım" -deyib.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bəhramı EKMO cihazından ayırdılar - süni tənəffüs aparatına qoşdular

Şuşada da koronavirus TAPILDI

Prezident Türkiyə ilə vacib sazişi TƏSDİQLƏDİ

Mediadan Prezidentin Sərəncamına ilkin REAKSİYALAR

"Bu film ölkəmizə və xalqımıza qarşı düşmənçilik hissini gücləndirir"

Koronavirusdan bu vasitə ilə qorunmaq olar

Paytaxtdakı partlayışda ölü sayı 18-ə çatdı

Tural Gəncəliyev beynəlxalq konfransda erməni terrorundan DANIŞDI

Cəbhədə gərginlik artıb

Cəbhədə gərginlik

Messi "Barselona"nı tərk EDİR

Atəşkəs rejimi 52 dəfə pozulu

"Nazirlikdə erməni mənşəli insanların iş başında olması..."

Səhiyyə Nazirliyi koronaviruslu xəstələri müalicə edən tibb işçilərini topladı

Prezidentin iştirak etdiyi, dövlət layihələrində musiqi prodüseri