"Bir astaralı kimi daha da qürurlandım" - FOTO

23:00 06-02-2020 | icon 454 | Siyasət
"Bir astaralı kimi daha da qürurlandım" - FOTO

RƏŞAD MAHMUDOV: "Bundan sonrakı fəaliyyətimdə də daim dövlətimə və xalqıma ləyaqətlə xidmət edəcəyəm"

 

77 saylı Astara seçki dairəsindən Milli Məclisin üzvlüyünə namizəd, Azərbaycanın dünya miqyasında tanınan kardiocərrahı, tibb elmləri doktoru Rəşad Mahmudov Astarada seçkilərilə görüşüb.



Versus.Az xəbər verir ki, deputatlığa namizəd görüşün təəssüratlarını sosial səhifəsində paylaşıb:

"Yüksək əhval-ruhiyyə ilə qayıtdığım Hamoşam kəndindən sonra Astara şəhərində seçicilərimlə görüşdüm.
Ağsaqqalların, ağbirçəklərin xeyir-duasını almaq, gənclərin innovativ ideyalarını eşitmək həqiqətən də insanı ruhlandırır və məsuliyyət hissini daha da artırır.


Rəşad Mahmudov Astarada seçicilərilə möhtəşəm görüş keçirib

Yeni Azərbaycan Partiyasının namizədi kimi təşviqat dövrümdə keçirdiyim bütün görüşlərdə böyük coşqu və sevgi ilə qarşılanmağım bir daha sübut etdi ki, Ulu Öndərimiz Heydər Əliyevin dediyi kimi: “Astaralılar daim dövlətə və dövlətçiliyə sadiqdir.”


Seçicilərimin "Azərbaycanın cənub qapısı olan Astaramız təmiz rayondur. Biz bu paklığı qorumalıyıq. Heç vaxt imkan vermərik ki, özlərini müxalifət adlandıran, xarici himayədarlarına köləlik edən ünsürlər rayonumuzun adına ləkə salsınlar. Müstəqil dövlətimizin bu inkişafını, bu sabitliyi, bu əmin-amanlığı görmək istəməyən, sağlam düşüncə və sağlam rəqabətdən uzaq olan belələrinə aramızda yer yoxdur! Biz uşaqdan böyüyə hamılıqla İlham Əliyevin ən yaxın köməkçiləri və dayağıyıq. Allah bizi işıqlı gələcəyə doğru inamla aparan cənab Prezidentimizi, onun xanımı Mehriban Əliyevanı qorusun! Yaşasın Azərbaycanımız, Yaşasın gündən-günə yenilənən Astaramız!” deməsi məni bir astaralı kimi daha da qürurlandırdı.


Rəşad Mahmudov Astarada seçicilərilə möhtəşəm görüş keçirib

Mən də öz növbəmdə söz verirəm ki, əgər seçilsəm, mənə göstərilən etimadı yüksək səviyyədə doğrultmağa çalışacağam. Bundan sonrakı fəaliyyətimdə də daim dövlətimə və xalqıma ləyaqətlə xidmət edəcəyəm.



Bir daha məni öz doğmanız kimi qəbul edib, isti və səmimi münasibət bəslədiyinizə görə hər birinizə dərin minnətdarlığımı bildirirəm.

Təşəkkürlər, ASTARA!!!


Rəşad Mahmudov Astarada seçicilərilə möhtəşəm görüş keçirib
Rəşad Mahmudov Astarada seçicilərilə möhtəşəm görüş keçirib

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı