MTRŞ-nın iclası keçirilib

12:33 07-02-2020 | icon 1231 | KİV
MTRŞ-nın iclası keçirilib

Fevralın 5-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

 

MTRŞ-dan Versus.Az-a verilən məlumata görə, iclasda “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması ilə əlaqədar “Televiziya və radio yayımı” haqqında Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliklər müzakirə olunub.

 

“Televiziya və radio yayımı” haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində edilmiş son dəyişikliyə əsasən, Milli Televiziya və Radio Şurasının 10 aprel 2015-ci ildə qəbul etdiyi “Yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar” hüquqi qüvvəsini itirdiyindən Şuranın qərarı ilə ləğv olunub.

 

İclasda, həmçinin, “TV Texservis” MMC-nin “ATV Plyus” MMC-yə birləşməsi ilə əlaqədar olaraq Milli Televiziya və Radio Şurası tərəfindən “TV Texservis” MMC-yə verilmiş kabel şəbəkəsi yayımı üçün 18 mart 2016-cı il tarixli lisenziyanın və “TV Texservis” MMC-nin istifadəsinə ayrılmış efir yayım tezliklərinin onun hüquqi varisi olan “ATV Plyus” MMC-nin adına rəsmiləşdirilməsi barədə qərar qəbul edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI