"2603 ədəd hərbi sursat və mina zərərsizləşdirilib"

16:24 02-05-2018 | icon 710 | Gündəm
"2603 ədəd hərbi sursat və mina zərərsizləşdirilib"

2018-ci ilin aprel ayı ərzində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Astara, Cəbrayıl, Füzuli, Goranboy, Göygöl, Xızı, Qazax, Tərtər, Ucar rayonları və Bakı, Gəncə, Sumqayıt şəhərləri ərazisində 5,938,510 kv.m (593.85 ha) ərazi yoxlanılıb, 2,596 ədəd partlamamış hərbi sursat, 3 ədəd tank əleyhinə mina və 4 ədəd piyada əleyhinə mina (cəmi 2,603 ədəd) və 73 kq partlayıcı maddə (ammonit № 6 JV-200) aşkar edilərək zərərsizləşdirilib.

 

Agentlikdən Versus.Az-a verilən məlumata görə, əməliyyatlarda 487 nəfər əməliyyat heyəti, 136 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

 

İndiyədək cəmi 523,990,199 kv.m (52,399.02 ha) ərazi təmizlənib və 796,754 ədəd mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.

Aprel ayı ərzində Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng Mərkəzindən – 20 və Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən – 25 müraciət daxil olub. Müraciətlər əsasında 43,250 kv.m ərazi təmizlənib, 1,073 ədəd partlamamış hərbi sursat və 1 ədəd tank əleyhinə mina, 1 ədəd piyada əleyhinə mina (cəmi 1,075 ədəd) və 73 kq partlayıcı maddə (ammonit № 6 JV-200) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR