QƏNİRƏ PAŞAYEVA seçicilərinə yeni seçki platformasını açıqlayıb - FOTO

13:53 07-02-2020 | icon 492 | Siyasət
QƏNİRƏ PAŞAYEVA seçicilərinə yeni seçki platformasını açıqlayıb - FOTO

105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva Tovuz rayonunun bir sıra kəndlərində seçicilər, şəhid ailələri, Qarabağ müharibəsi veteranları və fiziki imkanları məhdud insanlarla görüşüb, dəstəkləri üçün təşəkkürünü bildirib.

 
 
Versus.Az-ın məlumatına görə, Qənirə Paşayeva ötən 14 illik deputat fəaliyyəti barədə danışaraq “deputatlıq fəaliyyətimdə var gücümlə sizlərin yanında olmağa, müraciətlərinizin həllini tapmasına çalışmışam” deyib və seçicilərin ona təkrar etimad göstərəcəkləri təqdirdə bundan sonra da onları layiq olduqları səviyyədə təmsil etməyə çalışacağını bildirib.
 
 
Görüşdə Qənirə Paşayeva yeni seçki platformasını da açıqlayıb, sualları cavablandırıb və sakinləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
 

Həmçinin şəhid ailələri, fiziki imkanları məhdud insanların ailələlərini də evlərində ziyarət edib, qayğıları ilə maraqlanıb.
 
Şəhid ailələrinin dəstəyinin onun üçün mənəvi olaraq çox önəmli olduğunu vurğulayan Q.Paşayeva "şəhid ailələri baş tacımızdır, hər zaman yanınızdayıq" deyib.
 

Q.Paşayeva həmçinin ölkəmizin keçdiyi yoldan, əldə etdiyi uğurlardan, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə  dövlət tərəfindən həyata keçirilmiş böyük işlərdən və dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət, qayğı barədə danışıb, seçicilərlə fikir mübadiləsi aparıb.
 
 
Kənd sakinləri Qənirə Paşayevaya etimadlarının tam olduğunu bildiriblər. Çünki o, 14 illik deputatlıq fəaliyyəti zamanı daim kənd sakinləri ilə görüşlər keçirib, ailələri, xəstələri ziyarət edib və hər zaman onların müraciətlərinin, problemlərinin həlli istiqamətində əlindən gələn dəstəyi əsirgəməyib.
 
Eyni zamanda Milli Məclisdə, beynəlxalq platformalarda onların səsi olaraq layiqli şəkildə təmsil edib. Qənirə Paşayeva "hər zaman bizim yanımızda olduğunuz kimi, biz də sizin yanınızdayıq" deyən dəstəyini əsirgəməyən seçicilərin hər birinə təşəkkür edib.
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı