NAMİZƏD təbliğat təşviqat kampaniyası zamanı qarşılaşdığı neqativlərdən danışdı - FOTO

23:33 07-02-2020 | icon 1084 | Foto&Video
NAMİZƏD təbliğat təşviqat kampaniyası zamanı qarşılaşdığı neqativlərdən danışdı - FOTO

KÖNÜL İSMAYILOVA: "Millət vəkili öz məsuliyyətini və öhdəliklərini bilməlidir"

 

Bu gün deputatlığa namizədlər üçün ayrılan təbliğat-təşviqat kampaniyası başa çatır. 10 saylı Binəqədi 3-cü seçki dairəsindən deputatlığa namizəd, Müasir Musavat Pariyasının sədr müavini Könül İsmayılovanın seçki qərargahı təbliğat təşviqat kampaniyası dövründə görülən işlərlə bağlı məlumat verib.

 

Versus.Az xəbər verir ki, xanım namizəd görüşlərin sonu olaraq mətbuata açıqlama verib.

 

K.İsmayılova bildirib ki, kampaniya müddətində komandası bütövlükdə rayon ictimaiyyəti ilə mütəmadi olaraq görüşlər keçirib, onların bütün təklifləri dinlənilərək qeydə alınıb:

"Təbliğat-təşviqat kampaniyası zamanı dairədə bütün deputatlığa namizədlər üçün bərabər şərait yaradılıb. Bizim komandamızın fəaliyyəti qanunvericiliyə uyğun şəklildə həyata keçirildi”.

 

Deputatlığa namizəd seçicilərlə görüşü zamanı şahidi olduğu hadisələrdən danışıb:

"Sakinlərin şikayəti sonsuzdur. Mənə maraqlıdır, Binəqədənin əvvəlki deputatı nə işlə məşğul olub? Seçicilər əvvəlki deputatlarını tanımırlar belə...

Seçicilərlə görüşlərdə onların problemlərini, şikayətlərini dinlədim. Narazılıqlar əsasən şikayətlərini deyə biləcəkləri, döyə biləcəkləri qapı olmadığından narazılıq edirdilər. Çünki onlar keçmiş deputatlarını tanımayıblar. Bir dəfə də olsun onun qəbulun düşə bilməyiblər.

 

Mən seçicilərə söz verdim ki, millət vəkili seçilərsəm, hər həftə seçicilərimlə görüşəcəm. Millət vəkili öz məsuliyyətini və öhdəliklərini bilməlidir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Rusiya çökür... Naxçıvan blokadadan çıxır... - VİDEO

Müharibə yenidən başlayır?

Dövlət qurumundan 9000 manatlıq oğurluq

Qanunsuz erməni silahlıları ordumuzun mövqelərini atəşə tutublar

Yaşa görə orta aylıq pensiya 455 manat olacaq

hamilə olduğu üçün təzminat ödəyəcək

Yeni dünya rekordu

Rəşad Dağlını müdafiə edənlər məni... - VİDEO

Avropalı deputatlar çağırış etdilər

Cavid Qurbanovun yaxın kadrı işdən çıxarıldı

UEFA-dan “Qarabağ”a yarım milyon avro ödəniş

Saxta qazi saxlanıldı

Saçının uzunluğu ilə internetdə məşhurlaşdı

Türkiyədə insanlar küçədə gecələyiblər

General-leytenant AÇIQLADI