"Bu cür fədakar seçicilərlə birlikdə çox gözəl işlər görmək olar"

23:45 07-02-2020 | icon 276 | Foto&Video
"Bu cür fədakar seçicilərlə birlikdə çox gözəl işlər görmək olar"

ƏLİSAHİB HÜSEYNOV: "Uzun illər deputat kürsüsünü zəbt etmiş İmamverdi İsmayılov onlara heç vaxt bu diqqəti göstərməyib"

 

Bu cür mehriban və fədakar seçicilərlə birlikdə çox gözəl işlər görmək olar...

 

Versus.Az xəbər verir ki, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Əlisahib Hüseynovun seçicilərlə sonuncu görüşü Sabirabad rayonunda yerləşən Zəngilan qəsəbəsində və Şirvan şəhərindəki Zəngilan şəhərciyində məcburi köçkünlərlə olub.

 

Bu gün Sabirabad rayonunda yerləşən Zəngilan qəsəbəsində və Şirvan şəhərindəki Zəngilan şəhərciyində məcburi köçkün soydaşlarımızla keçirilən görüşlərlə təbliğat-təşviqat kampaniyasına son nöqtəni qoyan deputatlığa namizəd şəxsi "Facebook" hesabında təəssüratlarını bölüşüb:

 

"Köçkün soydaşlarımız Bakıdan gəlib onları ziyarət edəcəyimizi heç gözləmirdilər. Sanki doğmaları kimi qarşıladılar bizi. Sağ olsunlar! Bu cür mehriban və fədakar seçicilərlə əl-ələ verib həm 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin çərçivəsində, həm də bütün ölkə miqyasında çox gözəl işlər görmək olar. Yetər ki, bu seçicilərimiz mandat verib Milli Məclisə göndərdikləri deputatdan özlərinə qarşı heç olmasa bir az diqqət görsünlər. Amma çox təəssüflər olsun ki, uzun illər deputat kürsüsünü zəbt etmiş İmamverdi İsmayılov onlara heç vaxt bu diqqəti göstərməyib. İnşAllah mən deputat seçiləcəyimiz təqdirdə, əziz zəngilanlılarımıza və qubadlılılarımıza tam fərqli bir deputat nümunəsi göstərəcəm. Hər bir seçicimiz real deputat qayğıkeşliyini hiss edəcək. Mən buna bütün millətimiz qarşısında söz verirəm!"

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bəhramı EKMO cihazından ayırdılar - süni tənəffüs aparatına qoşdular

Şuşada da koronavirus TAPILDI

Prezident Türkiyə ilə vacib sazişi TƏSDİQLƏDİ

Mediadan Prezidentin Sərəncamına ilkin REAKSİYALAR

"Bu film ölkəmizə və xalqımıza qarşı düşmənçilik hissini gücləndirir"

Koronavirusdan bu vasitə ilə qorunmaq olar

Paytaxtdakı partlayışda ölü sayı 18-ə çatdı

Tural Gəncəliyev beynəlxalq konfransda erməni terrorundan DANIŞDI

Cəbhədə gərginlik artıb

Cəbhədə gərginlik

Messi "Barselona"nı tərk EDİR

Atəşkəs rejimi 52 dəfə pozulu

"Nazirlikdə erməni mənşəli insanların iş başında olması..."

Səhiyyə Nazirliyi koronaviruslu xəstələri müalicə edən tibb işçilərini topladı

Prezidentin iştirak etdiyi, dövlət layihələrində musiqi prodüseri