Şirinquş Ayla bacım

10:19 15-06-2017 | icon 979 | Uşaq Dünyası
Şirinquş Ayla bacım

Salam mənim əziz dostlarım. Qarşınızda mən – Nəcəfli Leyla. Hamımızın bildiyi kimi artıq yay tətilidir. Bütün uşaqlar buna çox sevinir, eləcə də mən. Əzizlərim, mən məktəbdə keçirdiyim sevincli və kədərli hadisələri sizinlə bölüşmək istəyirəm.

Mən 5-ci sinfi başa vurdum. Qiymətlərim 5-dir və mən özümlə qürur duyuram. Bizim sinif o qədər dəcəl sinifdir ki, sizin təsəvvür etməyəcəyiniz qədər.

Ancaq bizim sinifdə çox yaxşı oxuyan şagirdlər var. Amma nədənsə keçən il əlaçı az oldu. Görəsən gələn il necə olacaq?

Mən hərdən qızlarla çox dalaşıram. Oğlanlardan isə yalnız biri ilə həmişə sözümüz çəp gəlir. Mənim ondan heç xoşum gəlmir. Kimsə qələm, yaxud nəsə istəsə o dəqiqə mənim əşyalarımı götürüb onlara verir. İndi bildiniz ki, mənim ondan niyə xoşum gəlmir? Düzü onun pis hərəkətləri çoxdur . Özündən çox razı və eqoist uşaqdır.

Mənim ailədə olan vəziyyətim çox ürəkaçandır. Mən onları sevirəm, onlar da məni. Ailədə tək uşaq deyiləm. Mənim üzü nurlu bir bacım var. Onun adı Ayladır, şirinquş Ayla bacım. O qədər şirindir ki, ona qoymağa başqa ad tapmıram.

Əzizlərim, indi mən sizlərlə ayrılmalı olacam. Sağ olun. Növbəti görüşlərədək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı