Vyana Ştraus Festival Orkestrinin konserti keçirilib

00:36 09-02-2020 | icon 527 | Mədəniyyət
Vyana Ştraus Festival Orkestrinin konserti keçirilib

Fevralın 8-də Heydər Əliyev Mərkəzində Vyana Ştraus Festival Orkestrinin konserti keçirilib.

 

Konsert orkestrin yaradıcısı və bədii rəhbəri Peter Qutun rəhbərliyi ilə olub.  Proqramda dünya şöhrətli avstriyalı bəstəkar, “valsın kralı” İohann Ştrausun, həmçinin digər Vyana klassiklərinin əsərləri təqdim edilib.

 

Peter Qut Ştraus dövrünün ənənələrinə sadiq qalaraq konsert zamanı həm skripkada ifa edib, həm də dirijorluq edib. Məşhur əsərlərin yüksək peşəkarlıqla təqdim olunduğu, tamaşaçılarla səmimi ünsiyyət şəraitində keçən konsert maraqla qarşılanıb.

 

Xatırladaq ki, orkestr 2014, 2016 və 2018-ci illərdə də Heydər Əliyev Mərkəzində çıxış edib.

 

Vyana Ştraus Festival Orkestri 1978-ci ildən fəaliyyət göstərir. Vyana musiqi ənənələrinin qoruyucusu olan kollektiv klassik əsərlərdən, o cümlədən Ştrauslar sülaləsinin bəstələrindən ibarət geniş repertuarı ilə bütün dünyada şöhrət qazanıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol