Ermənistanın müharibədə Azərbaycana məğlub olmamaq görüntüsündəki təsəlli

18:05 17-08-2023 | icon 622 | Siyasət
Ermənistanın müharibədə Azərbaycana məğlub olmamaq görüntüsündəki təsəlli

Aydın Quliyev: "Azərbaycan məsələləri BMT-nin ədalətinə buraxmadan müxtəlif dövlətlərlə ardıcıl işlər apardı"


“Ermənistanın BMT Təhlükəsizlik Şurasında Azərbaycanla bağlı açdığı müzakirələrin xüsusi hədəfləri, məqsədləri var. Ermənistanın bu müzakirələrdən böyük gözləntiləri olsa da, məqsədlərinə nail ola bilmədilər”.

 

Versus.Az xəbər verir ki, bunu siyasi ekspert Aydın Quliyev avqustun 16-da BMT Təhlükəsizlik Şurasında Azərbaycanla bağlı müzakirələr açan Ermənistanın uğursuz manevrlərinə diqqət çəkərkən bildirib.

 

Ekspert hesab edir ki, Ermənistan BMT TŞ-da Azərbaycana qarşı qətnamə, yaxud qərar, siyasi bəyanatın verilməsinə nail olmaqla Azərbaycanın Laçın yolunu blokadaya almasını beynəlxalq müstəvidə təsdiqləməklə, məsələyə hüquqi don geyindirməyə çalışdı. Eləcə də Qarabağda yaşayan azsaylı ermənilərin genosid təhlüksi və humanitar fəalakətlə üz-üzə qalmasına hüququ don geyindirmək istədi.

 

A.Quliyev eyni zamanda bildirib ki, BMT-nin Təhlükəsizlik Şurasında ermənilərin belə bur qərar qəbul etməsi həmin qurumun 1993-cü ildə qəbul etdiyi və Ermənistanın yerinə yetirməkdən imtina etdiyi 4 qətnamənin yerinə yetirilməməsinin məsuliyyətini üzərindən atmağa hesablanmışdı:

 

"Böyük ehtimalla bundan sonra Ermənistan Azərbaycana qarşı uydurma nağıllar yazıb, ora saxta rəqəmlər əlavə edib utanmadan kompensasiya tələb olunması istiqamətində fəaliyyətə başlayacaqdı. Ermənilər Azərbaycana qarşı hər hansı sənədin qəbul olunmasına nail olsaydılar, birgə yaşayışın mümkün olmadığını əsaslandırmaq üçün bütövlükdə türk dünyasının ermənilərə qənim kəsildiyini isbatlamaq məqsədi ilə 1915-ci ildə ortaya atdıqları saxta “erməni genosidi” siyasətini də təsdiq edərdiər. Uzaq hədəfləri olan ermənilər 44 günlük müharibədə aldıqları zərbəni kompensasiya etmək, mövqelərini bərkitmək, ayağa qalxmaq niyyətindədirlər. BMT-də belə bir qətnamənin qəbul olunması ilə heç də mühribədə Azərbaycanda məğlub olmadıqlarını təsəlli kimi təqdim etmək istəyirdilər”.


A.Quliyev hesab edir ki, Azərbaycan diplomatiyasının Təhıükəsizlik Şurasında əldə etdiyi nəticəni tarixi qələbə kimi qiymətləndirmək lazımdır:

 

“Azərbaycan hər şeyi özünün təbii axarına buraxmadı. Məsələləri BMT-nin ədalətinə buraxmadı və bu müzakirəyə qədər müxtəlif dövlətlərlə ardıcıl işlər apardı. Laçın yolunda və Xankəndi ərtadında baş verənlərin bugünükü mahiyyəti dünyaya çatdırıldı. Dünyaya sübut olundu ki, Azərbaycanın məqsədi heç də Laçın yolunu bağlamaq deyil, ərazimizdə yaşayan erməniləri dünyadan təcrid edib məhv təhlükəsi ilə üz-üzə qoymaq deyil. Azərbaycanın məqsədi özünün suveren hüquqa malik olduğunu nümayiş elətdirməkdir. Təhlükəsizlik Şurasında son mövqeyimiz onu göstərdi ki, dünya Azərbaycanın Laçın yolu üzərində suveren hüquqlarını qəbul edir, Laçın yolunda Azərbaycanın sərhəd buraxılış məntəqəsini qəbul edir, alternativ yollarla ermənilərə yüklərin aparılmasını məqbul və zəruri hesab edir. Ona görə də bu, böyük tarixi qələbə kimi Azərbaycan diplomatiyasının və şəxsən prezidentin yorulmaz fəaliyyətinin nəticəsi kimi dəyərlndirilməlidir”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

Əsən Ana əlləri

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

“İranın bu təhdidləri yeni deyil”

“Azərbaycan və İsrailin müvafiq qurumları kifayət qədər hazırlıqlıdır”

“Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

Laçında mövqelərimiz atəşə TUTULDU

İran XİN Brüssel görüşünə münasibət bildirib

Vatikandan cinsiyyətin dəyişdirilməsinə REAKSİYA

“Ludus”un təsisçisi Bakıda

Bu ilin ilk Günəş tutulması başa çatıb

“TikTok” “Instagram”a rəqib platforma yaradır

Novxanıda ağır QƏZA

Azərbaycanda Ramazan bayramı qeyd olunur