Baş Prokurorluq Neftçalada deputatlığa namizədin vəkilinin ölümü ilə bağlı məlumat yayıb

11:00 10-02-2020 | icon 378 | Sosial
Baş Prokurorluq Neftçalada deputatlığa namizədin vəkilinin ölümü ilə bağlı məlumat yayıb

Baş Prokurorluq deputatlığa namizədin ölüm faktı ilə bağlı xəbər yayıb.

 

Baş Prokurorluqdan bildirilib ki, fevralın 9-da saat 23.00 radələrində 61 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Xəqani Abdullayevin vəkili, 1959-cu il təvəllüdlü Mahir Hüseynovun yaşadığı evin pilləkən qəfəsində qəflətən vəfat etməsi ilə bağlı daxil olan məlumat əsasında dərhal hadisə yeri və meyitə prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertinin iştirakı ilə baxış keçirilib.

 

Mahir Hüseynovun meyitinin müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkarlanmayıb.

 

İlkin araşdırma zamanı müəyyən edilib ki, Mahir Hüseynov seçki prosesləri yekunlaşdıqdan sonra saat 22.00 radələrində Aşağı Qaramanlı kəndindən tanışının idarə etdiyi avtomobillə Neftçala şəhərinə, yaşadığı evin qarşısına gələrək pilləkənlərlə mənzilinə qalxan zaman qəflətən yıxılaraq vəfat edib.

 

Araşdırmalarla, həmçinin müəyyən edilib ki, Mahir Hüseynov uzun müddət ürək xəstəliyindən əziyyət çəkirmiş və 2016-cı ildən etibarən ürəyində 3 dəfə stent əməliyyatı aparılıb.

 

Mahir Hüseynovun müşahidəçi olduğu dairənin rayonun Aşağı Qaramanlı kəndində yerləşən 28 saylı seçki məntəqəsindən seçki qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar həmin dairə seçki komissiyasına hər hansı müraciət daxil olmayıb, eləcə də münaqişə və sair qanunsuzluqlar qeydə alınmayıb.

 

Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Hansı QADAĞALAR olacaq?

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı