ƏƏSMN beynəlxalq təşkilatların nümayəndələri ilə görüş keçirib

15:25 03-05-2018 | icon 551 | Sosial
ƏƏSMN beynəlxalq təşkilatların nümayəndələri ilə görüş keçirib

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri ilə görüş keçirib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramının birgə təşkil etdiyi görüşdə ümumilikdə 30-a yaxın beynəlxalq təşkilatın  nümayəndələri iştirak edib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Versus.Az-a verilə məlumata görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin islahatlar proqramının əsas hədəflərindən biri də sosial-iqtisadi idarəetmə və əhaliyə xidmət sistemlərində mütərəqqi beynəlxalq yanaşma və təşəbbüslərin, qabaqcıl dünya təcrübəsindən irəli gələn ən müasir texnologiyaların, innovativ və effektiv iş mexanizmlərinin geniş tətbiqinin təmin edilməsidir:

 

“Əmək, məşğulluq, əmək bazarının tənzimlənməsi, əhali sakinliyi və demoqrafiya, sosial müdafiə və digər aidiyyəti sahələr üzrə mötəbər beynəlxalq təşkilatlarla əməkdaşlıq daim diqqətdə saxlanmalıdır. Bu əməkdaşlığa strateji planlaşdırma yanaşması tətbiq olunmalı və uzunmüddətli prioritetlər müəyyən edilməlidir. Bu prioritetlər əsasında icra olunan layihələr, əmək və sosial müdafiə sahələrində aparılan islahatlar prosesinə fəal dəstək rolunu oynamalı, aktual iş sektorlarında konkret səmərəli nəticələrə nail olunmasına öz töhfələrini verməlidir”.

 

Nazir bildirib ki, bu gün gənclərin, fiziki imkanları məhdud şəxslərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi və inklüziv əmək bazarının inkişafı, məşğulluq xidmətlərinin, habelə vakansiyalar bazasının elektron texnologiyalar üzərində qurulması, qeyri-rəsmi məşğulluqla mübarizənin effektli təşkili, əmək müfəttişliyinin potensialının və fəaliyyətində səmərəliliyin artırılması aktual məsələlərdəndir. Həmçinin qarşıda sosial yardım və özünüməşğulluq proqramının icra mexanizminin təkmilləşdirilməsi, sosial xidmətlər sisteminin müasir dünya təcrübəsindəki sosial reabilitasiya metodları əsasında qurulması, “sosial iş” modelinin, müvafiq sahələrdə strateji araşdırmaların aparılmasında beynəlxalq təcrübədə tətbiq olunan modellərin tətbiqi  və s. kimi məsələlər dayanır.

 

S.Babayev beynəlxalq təşkilatlarla əməkdaşlığın gələcək istiqamətləri  müəyyən olunarkən və birgə fəaliyyət üçün layihələr hazırlanarkən qeyd olunan məsələlərə xüsusi önəm verilməsinin vacib olduğunu vurğulayıb. Nazir bu sahələrdə aparılacaq əməkdaşlığın öz faydasını verəcəyinə əminliyini ifadə edib.

 

Ayrı-ayrı beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sahələrində qabaqcıl dünya təcrübəsinə uyğun şəkildə aparılan islahatlara, əhali sakinliyi və demoqrafiya siyasətinin təkmilləşdirilməsi istiqamətində görülən işlərə dəstək vermək əzmində olduqlarını vurğulayıblar.

 

Müzakirə şəraitində davam edən görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində aparılan islahatlar, bu sahələrdə mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi ilə bağlı beynəlxalq qurumlarla gələcək əməkdaşlıq istiqamətləri müəyyən olunub.

 

Gözəl Nəcəfli
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür