Dünyamalı Kərəm - 100

01:10 11-02-2020 | icon 1010 | Mədəniyyət
Dünyamalı Kərəm - 100

Sazlı-sözlü gecə keçiriləcək

 

Fevralın 13-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzinin layihəsi çərçivəsində folklor bilicisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstanın “Şöhrət” ordenli ziyalısı Dünyamalı Kərəmin 100 illik yubileyinə həsr olunmuş sazlı-sözlü gecə keçiriləcək.

 

Versus.Az xəbər verir ki, Dünyamalı Kərəmin 1930-cu illərdən, 2000-ci illərə kimi yazdığı şeirlərə nəzər saldıqda görürsən ki, hər dövr üçün bir rəngarənglik yaradıb. Yaradıcı insan hansı yaşda olmasına baxmayaraq, yaşadığı dövrün zamanını və nəbzini tutmağı bacarmalıdır. 100 yaşlı yubilyarın doğulduğu Borçalı qəzasının Qoçulu kəndində keçən uşaqlıq dövründən, poeziyasından , uzunömürlülüyün sirrindən agah olmaq istəyən bütün saz-söz həvəskarlarını BMM-in “Aşıq musiqi axşamları” layihəsində şairlə görüşə dəvət edirik. Gecədə həmçinin tanınmış ziyalılar Dünyamalı Kərəmin yaradıcılığı ilə bağlı fikirlərini bölüşəcək tanınmış el aşıqlarının ifaları təqdim olunacaq.

 

Qeyd edək ki, BMM-nin “Aşıq musiqisi axşamları” layihəsinin əsas məqsədi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir.

 

Biletləri İticket.az saytından, Asan xidmət mərkəzlərindən və şəhərin bütün kassalarından əldə etmək olar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI