Mənim balaca aləmim

10:18 12-06-2017 | icon 824 | Uşaq Dünyası
Mənim balaca aləmim

Ayla Nəcəfli

/Şuşa rayon 6 saylı orta məktəbin 3-cü sinif şagirdi/

Yay tətilinə düz dörd gün qalıb. Məktəbdə   bütün işlərim əla getdi. Dərslərimi super oxuyuram. Keçən il yay tətilində çox   əyləndim. Ümid edirəm ki, bu yay tətili də  əyləncəli olacaq. Üçüncü sinifdə məni   sevindirən və məyus edən hadisələr oldu. İndi onları sizinlə bölüşəcəm.

Məni ən çox sevindirən an şəklimin şərəf lövhəsinə vurulmasıdır. Sonra bu xəbəri bütün ailə üzvlərimə – anama, atama, bacıma xalalarıma böyük həvəslə çatdırdım. Hamı məni təbrik etdi. Uğuru bölüşmək çox gözəl bir hiss idi. Hər məktəbə gedəndə bir anlıq şərəf lövhəsinin qarşısında dayanıb, şəklimə baxıram, adımı səslə oxuyuram – Nəcəfli Ayla Ramil qızı.

Ailəm və müəllimlərim mənimlə fəxr etdilər. Amma bəzi sinif yoldaşlarım əlaçı olduğuma görə məni qısqandılar.

Məni məyus edən anlar da oldu. Bir sinif yoldaşım (adını deməyəcəm) müəlliməmi o qədər hirsləndirdi ki, müəlliməmin boğazı şişib xəstələndi. Məni də dərs zamanı danışdırıb dərsdən yayındırdığı üçün onunla tənəffüsdə dalaşmışdım. Ondan zəhləm gedir… Müəlliməmə uzun ömür, cansağlığı arzu edirəm.

Hələlik. Acmışam, nahara gedirəm. Amma söz verirəm ki, gələn dəfə mən öz balaca aləmim haqqında ən adi yadda qalan anlarımı belə, sizinlə bölüşəcəm.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı