“Xəzəryanı ölkələr arasında əməkdaşlığa dair doqquz saziş üzərində iş gedir”

13:25 11-02-2020 | icon 592 | Geopolitika
“Xəzəryanı ölkələr arasında əməkdaşlığa dair doqquz saziş üzərində iş gedir”

“Xəzəryanı dövlətlərin ratifikasiya prosesini başa çatdırması üçün müəyyən vaxt lazımdır”.

 

Versus.Az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko "Rossiya Seqodnya” agentliyinə müsahibəsində bildirib.

 

"Kənardan elə bir təəssürat yaranır ki, 2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın imzalanmasından sonra danışıqlar prosesində durğunluq hökm sürür. Bu fikir doğrudurmu" sualına cavab verən Rusiya XİN başçısının müavini, bu fikrin tamamilə yanlış olduğunu söyləyib:

"Birincisi, sahilyanı dövlətlərin ratifikasiya prosesini başa çatdırması üçün müəyyən vaxt lazımdır. Hazırda müvafiq dövlətdaxili proseduralar Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistanda həyata keçirilib. Ümid edirik ki, İran tərəfi də qarşıdakı parlament seçkilərindən, Məclisin yeni tərkibi formalaşdıqdan sonra bu məsələ ilə yaxından məşğul olacaq.

 

İkincisi, Konvensiya müxtəlif sahələrdə beştərəfli əməkdaşlığın genişlənməsi üçün əlverişli şərait yaradan bir növ əsasdır. Belə ki, keçən il iqtisadiyyat sahəsində qarşılıqlı əməkdaşlıq xeyli inkişaf edib: Türkmənistanda, Xəzər beşliyi hökumət başçıları səviyyəsində ilk Xəzər İqtisadi Forumu keçirilib. Yeri gəlmişkən, Rusiya gələn ili bu forumu keçirməyi planlaşdırır. Bundan əlavə, təhlükəsizlik, nəqliyyat, turizm və elm sahələrində əməkdaşlıq haqqında doqquz beştərəfli saziş üzərində iş gedir. Ümid edirik ki, onlardan bəziləri Türkmənistanda keçiriləcək növbəti Xəzər sammitinə hazır olacaq".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol