Seçkilərlə bağlı bəyanat

13:42 11-02-2020 | icon 510 | Siyasət
Seçkilərlə bağlı bəyanat

Avropa İttifaqının (Aİ) Xarici Fəaliyyət Xidmətinin sözçüsü fevralın 9-da Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı bəyanat yayıb.

 

Versus.Az xəbər verir ki, bəyanatda bildirilir ki, ATƏT/DTİHB Seçki Müşahidəsi Missiyası tərəfindən qeyd olunduğu kimi, Mərkəzi Seçki Komissiyası şəffaf fəaliyyət göstərmək üçün səylərini əsirgəməyib və beynəlxalq müşahidəçiləri qarşılayıb.

 

Sözçü bəyanatında qeyd edir ki, ATƏT/DTİHB-nin ilkin qiymətləndirməsinə görə, namizədlərin çox olmasına baxmayaraq, məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit səbəbindən həqiqi rəqabət olmayıb, bəzi müxalifət partiyaları məhdudlaşdırıcı mühiti əsas gətirərək, seçkiləri boykot edib, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının təmin olunmaması bəzi şəxslərin iştirakına mane olub. ATƏT/DTİHB-nin vurğuladığı kimi, seçki bülletenlərinin sayılmasında yol verilən pozuntular narahatlıq doğurur.

 

“Avropa İttifaqı ATƏT/DTİHB və Avropa Şurasının Venesiya Komissiyası tərəfindən verilən tövsiyələrə əməl olunmadığı üçün təəssüflənir. Aİ bu prosesdə Azərbaycana kömək etməyə hazırdır.

Aİ bütün vətəndaşların mənafeyi naminə dialoqun davam etdirilməsini və Azərbaycan təsisatları ilə, o cümlədən yeni seçilmiş parlamentlə sıx işləməyi səbirsizliklə gözləyir”, - deyə bəyanatda vurğulanır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı