Tramp Konqres Senatını İrana qarşı səs verməyə çağırıb

08:56 13-02-2020 | icon 347 | Dünya
Tramp Konqres Senatını İrana qarşı səs verməyə çağırıb

ABŞ Prezidenti Donald Tramp Konqres Senatını İrana qarşı güc tətbiq etmək hüquqlarını məhdudlaşdıran qətnamənin əleyhinə səs verməyə çağırıb.

 

Versus.Az xəbər verir ki, amerikalı lideri bu barədə “Twitter” səhifəsində yazıb.

 

Tramp bildirib ki, “ABŞ Senatının qətnaməyə səs verməməsi ölkənin təhlükəsizliyi üçün çox vacibdir”.

“İrana gəlincə, biz çox yaxşı işlər görürük və indi zəiflik nümayiş etdirməyin vaxtı deyil. Amerikalıların çoxu terrorçu Süleymaniyə hücumumuzu dəstəkləyir. Əllərim bağlı olsa, İran yaxşı gün keçirər”, - Tramp belə deyib.

Onun fikrincə, qətnamənin təsdiqlənməsi “çox pis bir siqnal kimi qiymətləndirilə bilər”.

“Demokratlar Respublikaçılar partiyasını ləkələməyə çalışırlar. Buna imkan verməyin!” – deyə ABŞ Prezidenti əlavə edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin