Dəm qazından boğulmaların dəhşətli statistikası

10:03 13-02-2020 | icon 499 | Cəmiyyət
Dəm qazından boğulmaların dəhşətli statistikası

Ötən gün Bakıda 19 yaşlı tələbə qız dəm qazından zəhərlənərək ölüb. Belə ki, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin 4-cü kurs tələbəsi, 2000-ci il təvəllüdlü Nigar Rəhmanova Xətai rayonunda yaşadığı evin hamamında çimərkən dəm qazından zəhərlənərək ölüb.

 

Ümumiyyətlə, statistikaya nəzər salanda məlum olur ki, son bir ayda xeyli insan dəm qazının qurbanı olub.  Məsələn, bir neçə gün öncə Gəncə şəhərində 13 yaşlı Xəyal Əkbərov yaşadığı evdə dəm qazından boğularaq dünyasını dəyişib.

Fevral ayının əvvəlində Mingəçevir şəhərində də dəm qazından boğulma hadisəsi qeydə alındı. 32 yaşlı Cəmilə Həsənova yaşadığı evdə dəm qazından boğularaq, dünyasını dəyişib.

Qaxda 10-cu sinif şagirdi, Masallıda 28 yaşlı iki uşaq atası dəm qazından boğulub.

İki gün öncə isə dəfələrlə ölkə və dünya çempionu olmuş Arzuman Abbasovun hamam otağında dəm qazından boğularaq öldüyü barədə məlumat yayıldı.

Dəm qazı ilə bağlı ölüm faktları artdığından Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) yenidən müraciət yayıb. Müraciətdə bildirilir ki, son illər informasiya mübadiləsinin tempinin artması dünyada və o cümlədən respublikamızda baş verən hadisələrin haqqında məlumatların əldə edilməsi, paylaşılması auditoriyasını xeyli genişləndirib:

“Baş verən hər hansı qəza, təbii fəlakət kimi hadisələr də siyasi məlumatlar kimi anında ötürülür, yayılır. Bu səbəbdən də bəzən sanki bu və ya digər hadisələrin intensivləşməsi əvvəlki illərə nəzərən çox dəfə artması kimi qəbul olunur. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti apardığı statistikalarda yanğın hadisələrinin sayının, bu hadisələrdəki insan tələfatının, dəyən maddi ziyanların uçotunda heç də göstəricilərin pisləşməsinin şahidi olmur. Sanki hər sahədə bədbəxt hadisələrin, arzuolunmaz halların sayının artması görüntüsü məhz internetin inkişafı, məlumatlar mübalidəsinin sürətlənməsi, cəmiyyət üzvlərinin həssaslığının artması ilə əlaqədardır”.

DYNX narahatdoğurucu hadisələrdən biri kimi dəm qazından zəhərlənmələrin və bunun nəticəsində ölüm hadisələrinin sayının çoxalmasını göstərib:

“Bir nəfər belə Azərbaycan vətəndaşının, yaxud respublika ərazisində dəm qazından zəhərlənərək ölən əcnəbinin olması faktı özü-özlüyündə bir faciədir. Dəm qazı ən sadə başa düşüləcək dildə təbii qazın və digər yanacaq növlərinin (odun, kömür və s.) natamam yanması səbəbindən ayrılmış qarışıqlı qazın tənəffüs orqanlarına düşməsindən zəhərlənməyə və ölümə səbəb olur”.

 Bəs tam yanmamaya səbəb nədir, ayrılan qarışıq zəhərləyici qaz kütləsi niyə yanma mənbəyindən xüsusi quraşdırılmış şaxta boru ilə kənarlaşdırıla bilmir? Doğrudanmı, dəm qazından tam müdafiə olunmaq mümkün deyil?

DYNX bildirib ki, birmənalı olaraq aşağıdakı tövsiyələrə əməl olunarsa, bu öldürücü qazdan qorunmaq mümkündür:

Dəm qazından boğulmaların ile ilgili görsel sonucu

 - Heç bir halda qeyri-standart işlədicilərdən istifadə olunmamalıdır;

- Standart işlədicilərin iş prinsiplərinə əməl olunmalı, onların funksional quruluşuna müdaxilə edilməməlidir;

- Hər hansı nasazlıq aşkarlanarsa, ixtisaslaşdırılmış müəssisəyə, professional ustaya müraciət olunmalıdır;

- Su qızdırıcıları - binaların qızdırılması üçün istifadə olunan Rusiya, İran, Avropa istehsalı olan, xalq arasında “pyatiminutka”, “kolonka”, “kombi”, “ariston” və sairə kimi adlandırılan hər bir qızdırıcı aparatın qazla təminatı sertifikata uyğun boru ilə təmin olunmalı, yanmış qazların çıxışı sərbəst, standart, tələb olunan ölçülərə müvafiq qaydada qurulmalı - montaj olunmalıdır;

- İşlənmiş qazların kənarlaşdırılması üçün nəzərdə tutulan şaxta - baca sistemləri mütəmadi qaydada qurum, kənar predmet və sairdən təmizlənməlidir, axarlılığı tutacaq kənar əşya, hər hansı səbəb yolverilməzdir;

- Heç bir halda qaz işlədicisi bilavasitə duşun qəbul edildiyi otağa qoyulmamalıdır, qaz işlədicisi açıq məkanda qoyulmalıdır, duş və işlədicinin bir məkanda olması yolverilməzdir! Əgər bu vacib tələbi pozmusunuzsa, əməl edə bilməmisinizsə, duş olan otaqda hökmən nəfəslik - kiçik ölçülü pəncərə, otağın qapısında isə kiçik diametrli dəliklər olmalıdır. Nəfəslik vardır və qapalıdırsa, bunun sizin təhlükəsiz duş qəbulunuza faydası olmayacaq, nəfəslik açıq olmalıdır ki, dəm qazı ayrılması varsa, o qazlar hermetik qapalı mühitdə çox toplanıb ölüm gətirəcək həddə çata bilməsin, nəfəslik açıq olmalıdır;

- Fərdi qaydada su qızdırıcısı ilə təmin olunan ev və mənzillərdə şəxsin evdə tək olması zamanı duş qəbul etməsi tövsiyə olunmur, çünki, dəm qazından zəhərlənmə baş verəcəyi halda zərərçəkənin xilas olması üçün kənar şəxsin və ya şəxslərin köməyi zəruridir. Daha konkret desək, evdə, mənzildə təksinizsə, duş qəbulundan vaz keçin, bunu evdə kiminsə olacağı vaxta salın;

- Evdə iki nəfərsinizsə, birinin duş qəbuluna ikincinin köməyi qaçılmazdırsa, hər ikisinin eyni vaxtda duş qəbulu otağında olması da yolverilməz hal hesab olunur, belə situasiyalarda da duşdan kənar şəxsin olması və onun duş otağındakıların halına nəzarət etməsi vacibdir.

Dəm qazından boğulmaların ile ilgili görsel sonucu

Tövsiyələrimiz qəribə səslənsə də çoxillik fəaliyyətimizdə və təcrübəmizdə təəssüf ki, çox sayda belə bədbəxt hadisələrin şahidi olmuşuq və bu tövsiyələrə əməl etməmənin həyatlar bahasına başa gəlməsi halları yetərincə baş verib;

- Evində fərdi qaydada su qızdırıcısı sistemindən istifadə edən varsa, evdəkilər tərəfindən mütəmadi olaraq duş qəbul edənin - suyun yox, məhz duş qəbul edənin səsini eşitməklə onun vəziyyətinin yoxlanılması vacibdir. Dəm qazından zəhərlənən meyxoşcasına huşunu itirir, duş əvvəlki qaydada axan suya xas olan səsi verməklə axmaqda davam edir, zərərçəkən daha çox bu mühitdə öldürücü qazla tənəffüs edir, qanda zəhərli maddələrin miqdarı artır, krizis güclənir, təəssüflər olsun ki, ölüm hadisəsi baş verir. Zəhərlənmənin ilk anlarında  hadisənin aşkarlanması, zərərçəkənin dərhal təmiz havaya çıxarılması və vəziyyətindən asılı olaraq ilkin tədbirlərin görülməsi zamanı təhlükə aradan qaldırıla bilir;

- Heç bir halda mətbəx qaz plitə - sobalarından mənzilin qızdırılması üçün istifadə etməyin;

- Qaz plitələrini nəzarətsiz qoymayın, üstündəki qaynayana kimi, çimim çıxım, yaxud çörək alım gəlim deyə işlək halda qaz plitəsini buraxıb mətbəxi tərk etməyin;

- Mətbəx qaz plitələrinin üstündəki hava sorucu (aspirator) sistemin müstəsna əhəmiyyəti olduğunu unutmayın, hər zaman plitəni alışdırırsınızsa hava sorucunu da dərhal qoşun! Bu sizi həm qoxudan, həm ayrılan buxarlardan, ən vacibi həm də ayrılan zəhərli maddələrdən - dəm qazı tərkibli ayrıntılardan qoruyur! Qazla, elektriklə, odla ehtiyatlı olun, məişətimizin və sivilizasiyamızın ayrılmaz tərkib hissəsinə çevrilmiş olan bu enerji daşıyıcıları onlarla düzgün rəftar etmədikdə qatilə çevrilir, amansızlıqla öldürə bilir.

Dəm qazı niyə yaranır və ondan qorunmağın daha hansı üsulları var?

Nüsrət Qasımlı: ile ilgili görsel sonucu

Nüsrət Qasımlı: “Dəm qazı insanların öz məsuliyyətsizliyindən, qanunlara əməl etməməklərinin ucbatından baş verir”

Mütəxəssis Nüsrət Qasımlı mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Mütəxəssis bir daha vurğulayıb ki, təhlükəsizlik qaydalarına əməl olunarsa, faciələrin sayı sıfıra enər:

“Hər zaman qeyd edirəm ki, dəm qazı insanların öz məsuliyyətsizliyindən, qanunlara əməl etməməklərinin ucbatından baş verir.

Dəm qazı necə yaranır? 1 kubmetr qazın yanması üçün bundan 10 dəfə artıq həcmdə  oksigen lazımdır. Oksigen çatışmayanda həmin təbii qazdan karbon (IV) oksid əvəzinə karbon monoksid ayrılır. Bu da zəhərli dəm qazıdır ki, xalq arasında  “uqar” da deyilir. Karbon (IV) oksid zəhərsiz olsa da, karbon monoksid  zəhərlidir. İnsanın səhhətindən və konsentrasiyadan asılı olaraq 7 dəqiqədən 30 dəqiqəyə qədər ölümə səbəb olan bir qazdır".

Dəm qazından boğulmaların ile ilgili görsel sonucu

Mütəxəssis qeyd edib ki, dəm qazından boğulmalar əsasən hamam otaqlarında baş verir ki, bunun da səbəbi var:

“Hamam otaqları standartlara uyğun olmalıdır. Hamamın hündürlüyü 2.20 m, həcmi 7,5 kubmetr olmalıdır, mətbəxin həcmi minimum 15 kubmetr olmalıdır. Hər ikisində pəncərə gözlüyü, ventilyasiya kanalları qurulmalı, tüstü bacaları işlək vəziyyətdə olmalıdır. Bundan əlavə, hamamın qapısı bayıra açılmalıdır. Çünki içəridə kiminsə vəziyyəti pis olduqda qapının ağzına yıxılır. Qapı içəriyə doğru sındırıldıqda isə həmin insana zərər dəyə bilər.

O səbəbdən insan hamamda çimən zaman hamam qapısının aşağı hissəsində hava gəlməsi üçün yer olmalıdır. Orada açıq yer olmadıqda içəri hava daxil olmur, bu zaman içəridəki havanın oksigeni yanmaya kömək edir, tüstü bacasından çıxaraq atmosferə atılır. Hava çatışmadıqda isə həmin dəm qazı əmələ gəlir.

Ümumiyyətlə, diqqət etmək lazımdır ki, qaz yanan otaqda, o cümlədən  mətbəxdə, hamamda havalandırıcı kanalı, pəncərə gözlüyü olsun. 

Qaz cihazları quraşdırılarkən diqqət etməli, prosesi peşəkar ustalar aparmalıdır. Lakin məlum olduğu kimi, çox zaman bu işi peşəkar olmayan, qazla təhlükəsizlik qaydalarını bilməyən insanlara həvalə edirlər".

Nüsrət Qasımlı istifadəyə verilən qazın zəhərli olması iddialarına da rəy bildirib:

“Qaza zəhər qatılması ilə bağlı iddialar tamamilə absurd, uydurmadır. Əgər qaz zəhərlidirsə, onda gərək yüz minlərlə insan dünyasını dəyişsin. Bir daha qeyd edirəm ki, bu iddialar əsassızdır”.

Mütəxəssislər dəm qazı təhlükəsindən xəbərdar edən cihazların alınmasını tövsiyə edir.  Qeyd edək ki, klapan adlı bu cür cihazlar əsasən iki hissədən ibarətdir. Qəbuledici hissəsi mətbəxdə birləşdirilir, klapanı isə bayırda, sayğacdan öndə qaz xəttinə birləşdirilir. Mənzildə dəm qazı olduqda elektromaqnit dalğaları göndərilir və klapan dərhal qazın verilişini dayandırır. Dövlət qurumları və vətəndaşlar qeyd olunan məsələlərə  əməl edərsə, bu, qış mövsümündə dəm qazından ölüm hallarının minimuma endirər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

“İranın bu təhdidləri yeni deyil”

“Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

“Ludus”un təsisçisi Bakıda

Novxanıda ağır QƏZA

Azərbaycanda Ramazan bayramı qeyd olunur

“Bu, İranın Türk Birliyi qorxusundan irəli gələn məqamlardır”

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Diplomu tanınmayan universitetlərin siyahısı açıqlanacaq

Qeyri-etik paylaşımlar edən şəxslər HƏBS OLUNDU

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

“Qarabağın Rəngləri”: Qarabağ Dirçəliş Fondunun yeni layihəsi