AQTA sədri Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi ilə bağlı yenilikləri açıqlayıb

12:23 13-02-2020 | icon 708 | İqtisadiyyat
AQTA sədri Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi ilə bağlı yenilikləri açıqlayıb

AQTA  sədri Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi (HQİS) ilə bağlı yenilikləri açıqlayıb.

 

Versus.az xəbər verir ki, Qoşqar Təhməzli  Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin yaradılması istiqamətində bir sıra addımların atıldığını bildirib. O deyib ki, bununla bağlı işçi qrupu yaradılıb, Dünya Bankı ilə birlikdə sistemin proqram təminatının texniki tapşırığı hazırlanıb və satınalma prosesinə başlanılıb: "Növbəti mərhələdə sistemin mərhələli şəkildə yaradılması üçün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun pilot region kimi seçilməsi və burada iri və xırdabuynuzlu heyvanların və atların identikləşdirilməsi və heyvandarlıq məhsullarının istehsalı və emalını həyata keçirən müəssisələrin qeydiyyatının aparılması nəzərdə tutulub".

 

Q.Təhməzli qeyd edib ki,

pilot regionda 55 455 baş iri, 145 305  baş xırdabuynuzlu heyvan və 409 baş at var.

 

"Cari ildə bu heyvanların identikləşdirilərək qeydiyyatının aparılması nəzərdə tutulub",-deyə o əlavə edib.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin