Çindən gətirilən qida məhsulları və qoyulan məhdudiyyət 

13:10 13-02-2020 | icon 910 | İqtisadiyyat
Çindən gətirilən qida məhsulları və qoyulan məhdudiyyət 

"Onsuz da Azərbaycana Çindən çox az miqdarda məhsul gətirilirdi. Hesab edirəm ki, Çindən gətirilən qida məhsullarına qoyulan məhdudiyyət nə qida qıtlığına, nə də qiymət dəyişiminə səbəb olub". 

Versus.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində keçirilən mətbuat konfransında deyib. O bildirib ki, bundan öncə də Çindən Azərbaycana kütləvi şəkildə nə diri heyvanlar, nə heyvan mənşəli məhsullar, nə quş əti idxal olunurdu: "Olunsa da, miqdarı Azərbaycanda qidalanmaya təsir edəcək qədər deyil ki, onun qarşısının alınması bizdə hər hansı ərzaq təhlükəsizliyi faktının ortaya çıxmasına səbəb olsun. Bu həftədən etibarən Azərbaycanda  koronavirusla bağlı beynəlxalq standartlara uyğun olan ekspertiza həyata keçirdə bilirik".

Sədr qeyd edib ki, Azərbaycana idxal olunan istənilən  heyvan və heyvan mənşəli məhsullar, diri heyvanların hamısında koronavirus araşdırılır və bugünədək heç bir məhsulda şübhəli fakt aşkar olunmayıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI