Nazirlik: Sosial xidmət müəssisələrindən 32 uşaq doğma ailələrinə qayıdıb

15:56 13-02-2020 | icon 712 | Sosial
Nazirlik: Sosial xidmət müəssisələrindən 32 uşaq doğma ailələrinə qayıdıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət müəssisələrində 1121 nəfər daimi dövlət təminatında yaşayır.

 

Versus.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, onlardan 294-ü sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar olmaqla, Fondun 1 və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində yaşayır.

 

Bildirilib ki, sosial xidmət müəssisələrdə yaşayan insanlar hərtərəfli qayğı, daimi yaşayış şəraiti, qida, geyim və tibbi-reabilitasiya xidmətləri ilə təmin olunurlar.

"Həmin müəssisələrdə sakinlərin normal yaşayışı, habelə reabilitasiya tədbirlərinə cəlb edilmələri üçün müasir tələblərə uyğun şərait yaradılıb. Eyni zamanda, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, ümumən sosial xidmət müəssisələrindəki uşaqların doğma ailə mühitinə qayıdışına nail olunması sahəsində də işlər aparılır. Onu da qeyd edək ki, bəzən valideynlər həmin sosial müəssisələrdəki uşaqları ilə görüşə gələrkən, bu müəssisələrdə aparılan reabilitasiya işləri nəticəsində övladlarının davranışında müsbət dəyişikliklər görərək onları yenidən ailələrinə qaytarırlar. Görülən tədbirlərin nəticəsi kimi, son bir ildə sosial xidmət müəssisələrindən 32 uşaq yenidən doğma ailələrinə qayıdıb", - məlumatda qeyd olunub.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin