Bu, düz bağırsaq xərçənginin əlaməti də ola bilər

21:16 13-02-2020 | icon 3152 | Sağlamlıq
Bu, düz bağırsaq xərçənginin əlaməti də ola bilər

Nərminə Abbasova: “Daxili babasilin ciddi fəsadlarından biri düyünlərin boğulmasıdır”

 

Babasil – insanlar arasında ən çox təsadüf edilən xəstəliklərdən biridir. Hemorroy – düz bağırsağın ən aşağı hissəsində selikli qişanın altında yerləşən venoz damar toxumasının patoloji şəkildə dəyişməsindən ibarətdir. Qəbizlik, düz bağırsağın venoz sistemində durğunluq və digər faktorların təsiri altında bu düyünlərin öz yerini dəyişməsi baş verir. Bir çox hallarda düyünlərin ölçüləri xeyli artaraq onların hətta anal dəlikdən xaricə çıxmasına, qanaxmaya, ağrıların və s. əlamətlərin yaranmasına səbəb olur. Bu halda xəstədə hemorroy xəstəliyinin olmasını qeyd etmək olar.

 

 

 

Beləliklə, oxucularımızı xəstəliklə bağlı Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt NƏRMİNƏ ABBASOVA bilgiləndirəcək.

 

Həkim-terapevt bildirdi ki, Babasil xəstəliyinin əvvəlində defekasiya aktının bir qədər çətinləşməsi, anal dəlik ətrafında qaşınma, düz bağırsağın son hissəsində yad cismin olması hissiyyatı kimi ilkin əlamətlər qeyd edilir. Daha sonra hemorroy xəstəliyinin əsas əlaməti olan – düz bağırsaqdan qanaxma başlayır:

 

“Qanaxma defekasiya aktı - nəcisin xaric edilməsi - zamanı baş verir. Bu zaman qan al-qırmızı rəngdə olub bəzi hallarda nəcis ifrazından sonra şırnaqla xaric olur, əksər hallarda isə xəstələr ilk dəfə olaraq alt paltarlarında və ya tualet kağızında qan izlərinin olmasını qeyd edirlər. Bəzi hallarda hemorroidal qanaxmalar güclü də ola bilər. Daha sonra hemorroidal düyünlər anal dəlikdən xaricə də çıxa bilər. Bəzi hallarda xəstələr düyünlərin xaricə çıxmasını hiss edərək öz barmaqları ilə onları geriyə-içəri salmalı olurlar. Daxili babasilin ciddi fəsadlarından biri düyünlərin boğulmasıdır. Bu zaman xaricə çıxmış düyünləri içəri salmaq mümkün olmur və arxa dəlikdə sıxılmaları nəticəsində onların boğulması baş verir”.


Nərminə xanım deyir ki, Babasilin fəsadlarından biri hemorroidal düyünlərin trombozudur. Bu zaman düz bağırsağın daxilində çox güclü ağrı və orada yad cismin olması hissiyyatı yaranır:

 

“Arxa dəlik ətrafında qanaxma və ağrı qeyd edildiyi ilk hallarda insanların yol verdiyi ən böyük səhv onların həkimə gec müraciət etməsidir. Bir çox insanlarda belə bir səhv fikir formalaşmışdır ki, babasil qorxulu xəstəlik deyil. Yuxarıda bu xəstəlik zamanı baş verə bilən fəsadların bir hissəsinin qeyd edilməsi yəqin ki, bu firkin səhv olduğunu zənn etməyə imkan verir. Bundan başqa, yadda saxlamaq lazımdır ki, arxa dəlik ətrafında qanaxma və ağrı hissiyyatının qeyd edilməsi yalnız babasil deyil, ondan daha qorxulu olan xəstəliklərin, məsələn, düz bağırsaq xərçəngin də əlaməti ola bilər”.

 

Həkim-terapevt vurğulayıb ki, Babasilin ilkin əlamətləri qeyd edilən kimi, xəstəliyin ağırlaşmasının qarşısını vaxtında almaq üçün tez bir zamanda həkimə müraciət etmək lazımdır. İlkin dövrlərdə onları medikamentoz yolla da müalicə etmək mümkündür. Gecikdirilmiş hallarda isə həkimlər cərrahi müdaxiləyə müraciət etməli olurlar.

 

Həkim bildirdi ki, bağırsaqların normal fəaliyyəti üçün daim fiziki gərginlik lazımdır:

 

“Əgər işiniz uzun müddət ərzində oturaq haldadırsa, gün ərzində mümkün qədər tez-tez ayağa qalxmaq, gəzmək, sadə idman hərəkətləri etmək lazımdır. Avtomobilin oturacağı və ya iş yerində oturduğunuz kreslo çox yumşaq olmamalı. Nəcis ifraz edilməsinə mütləq nəzarət edərək qəbizliyin olmasına yol verməyin. Babasilin inkişaf etməsinin və ya onun kəskinləşməsinin qarşısını almaq üçün tərkibində kifayət qədər sellüloz olan qidaların qəbul edilməsi kimi pəhriz rejiminə əməl etmək lazımdır. Bu, qəbizliyin aradan götürülməsinə, defekasiya aktının güc vermədən baş verməsinə səbəb olur. Meyvə və tərəvəzlər sellüloz ilə zəngin olur. Sellüloz buğda kəpəyində xeyli miqdarda olur ki, bunları da qidaya əlavə etmək olar”.

 

 

DİQQƏT!

Əgər Miqren xəstəliyi haqqında daha geniş məlumat almaq və ya müalicə olunmaq (yaxın adamınızı müalicə etdirmək) istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin Baş həkiminə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin