Ərdoğan: "Türkiyə Kəşmir məsələsinin sülh yolu ilə həllini dəstəkləyir"

11:32 14-02-2020 | icon 462 | Dünya
Ərdoğan: "Türkiyə Kəşmir məsələsinin sülh yolu ilə həllini dəstəkləyir"

“Türkiyə ilə Pakistan arasında dostluq münasibətləri çox az ölkəyə və millətə nəsib olub”.

 

Versus.Az-ın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan parlamentində çıxışı zamanı deyib.

 

Pakistanın inkişaf və islahat yolunda böyük addımlar atdığını bildirən Ərdoğanın sözlərinə görə, kəşmirlilərin azadlıqlarının əlindən alınmasının heç kimə faydası yoxdur: “Kəşmir məsələsi toqquşma və ya təzyiqlə deyil, ədalətli şəkildə həllini tapmalıdır. Türkiyə Kəşmir məsələsinin sülh yolu ilə həllini dəstəkləyir".

 

Pakistanın Əfqanıstanda sülh prosesinə verdiyi müsbət töhfələri vurğulayan Ərdoğan qeyd edib ki, Türkiyə hər zaman terrorla mübarizədə Pakistana dəstək verəcək: “Müsəlman qardaşımızın dərdinə şərik çıxmaq vəzifəmizdir. Liviyadan Yəmənə qədər münaqişələrin olduğu hər yerdə Türkiyənin əsas məqsədi zülm və göz yaşının qarşısını almaqdır”.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI