Bakı Avropanın ən romantik şəhərləri reytinqində yer alıb
Rusiyanın "TourStat" səyahət portalı Avropanın ən romantik şəhərləri reytinqini tərtib edib. Siyahıda sevən cütlüklər arasında və romantik həftəsonu gəzintiləri üçün populyar olan şəhərlər yer alıb.
Versus.az-ın "TurStat"a istinadən verdiyi məlumata görə, romantik turlar və səyahətlər bazarı ildə 5 milyondan çox səyahəti əhatə edir.
Reytinq 5 mindən çox "TurStat" istifadəçiləri arasında aparılmış sorğu nəticəsində tərtib olub.
Avropanın ən romantik şəhərləri siyahısının ilk beşliyinə Sankt-Peterburq (23%), Paris (23%), Minsk (8%), Kalininqrad (8%) və Praqa (7%) daxil olub. Daha sonra Yekaterinburq (5%), Amsterdam (5%), Bakı (5%) və Tallin (3%) kimi şəhərlər gəlir.
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"