“Ermənistana ölüm!” 

12:32 14-02-2020 | icon 556 | Geopolitika
“Ermənistana ölüm!” 

Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətinə haqq qazandırmaq və haqq elədiyi blokadanı yarmaqdan ötrü illərdir əlləşir. Xüsusən də müsəlman dünyasında iş aparır, özünə tərəfdarlar toplamağa, yeri gələndə erməni hiyləgərliyi ilə islam ölkələri ilə Azərbaycanın və qardaş Türkiyənin - müsəlman aləminin əsas dövlətinin arasını vurmağa çalışır. İrəvan paralel surətdə İsraillə ölkəmizin ildən-ilə dərinləşən əlaqələrinə əngəl olmağa, kölgə salmağa cəhd edir.

Lakin hələ də istəyinə nail ola bilməyib. Fakt budur ki, 60-a yaxın ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanı təcavüzkar ölkə kimi tanıyan qətnaməsi var və bu günədək qüvvəsində qalır. Həmçinin İƏT üzvlərinin əksəriyyətinin daxil olduğu Qoşulmamaq Hərəkatı (120 dövlət) analoji qərarlar qəbul edib. O da faktdır ki, saxta “erməni soyqırımı” iddiasını yarım-xristian Livandan savayı, indiyədək heç bir İslam ölkəsi qəbul eləməyib. Tanıyanlar müstəsna olaraq, xristian ölkələridir və qərarlar da sırf siyasi motivlidir.

Habelə İsrail-Azərbaycan əməkdaşlığı dinamik inkişafını davam etdirir. Keçən ay Ermənistan prezidenti Armen Sərkisyanın, ondan əvvəl isə digər erməni rəsmilərinin yəhudi dövlətinə etdiyi səfərlər də bu gerçəyi dəyişə bilməyib. Üstəgəl, Armen Sərkisyanın İsrail parlamenti (Knesset) tərəfindən uydurma genosidi tanımaq təklifi havada qalıb, faktiki, o pərt edilib.

*****

“Ermənistana ölüm!” - Tehranda ile ilgili görsel sonucu

Bir daha xatırlatmağın yeri var ki, İran xaric, işğalçı Ermənistanla sıx münasibətlərdə olan ciddi İslam ölkəsi yoxdur. Pakistan Qarabağ məsələsinə görə ümumiyyətlə, Ermənistanı dövlət kimi tanımayıb. Ermənilərin tək ümidi İrana - yeganə “nəfəsliyə”dir. Bugünlərdə isə İordaniya kralı III Abdullah ilk dəfə Ermənistanda səfərdə olub. Doğrudur, bu, Azərbaycan üçün xoşagələn deyil. Ancaq o da var ki, kral Abdullah İrəvanda Qarabağ mövzusunda heç nə söyləməyib. Tərəflər arasında iqtisadi önəm daşıyan hansısa mühüm sənəd imzalanmayıb. Yalnız qarşılıqlı vizaların ləğvi məsələsi səslənib.

Kasad, blokada vəziyyətində olan, dünya okeanına çıxışdan və sanballı təbii qaynaqlardan məhrum, Rusiyanın hərbi qalası olan Ermənistan başqa dövlətlər üçün hansı önəm kəsb edə bilər ki? O cümlədən cənub qonşumuz İrandan ötrü. Təsadüfi deyil ki, İran iqtisadi-ticari sahədə, ortaq layihələr məsələsində Ermənistana deyil, Azərbaycana üstünlük verir. Çünki bunu onun milli maraqları diktə edir. Hərçənd Ermənistanla siyasi-diplomatik, humanitar əlaqələr təcavüzkarın özünü komfortda hiss eləməsinə və Qarabağ konfliktinin uzanmasına işləyir.

*****

İrandan söz düşmüşkən, bugünlərdə - fevralın 11-də İran İslam İnqilabının ildönümü ilə bağlı ölkənin müxtəlif şəhərlərində çoxsaylı tədbirlər keçirilib. ABŞ-ın ünvanına ənənəvi “Amerikaya ölüm!” şüarları səsləndirilib. Maraqlıdır ki, Tehranda nümayiş iştirakçılarından biri həmin şüarın yerinə “Ermənistana ölüm!” qışqırıb (“Marg bar Armanestan”). Bu da düşmən ölkənin ekspert çevrələrində əsl panika yaradıb.

İrəvanda bu hərəkəti “pantürkizm”, hətta “faşizm” kimi qiymətləndiriblər. Hərçənd SSRİ dağılan kimi bütün digər millətləri öz doğma yurd yerlərindən qovub monoetnik ölkəyə çevrilən, faşist əlaltısı Qaregin Njdeyə abidələr qoyan, nəhayət, Xocalı soyqırımına imza atan erməni milləti bu ada qat-qat çox layiqdir.

Aydındır ki, paytaxt Tehranda həmin şüarı, eləcə də Təbrizdəki futbol matçları zamanı Ermənistan əleyhinə şüarları güneyli soydaşlarımız səsləndirib. Bu, təcavüzkar Ermənistana və onun havadarlarına aydın bir mesajdır ki, 35 milyonluq Cənubi Azərbaycan toplumu faktor olaraq mövcuddur və Qarabağ uğrunda həlledici savaşda öz sözünü mütləq deyəcək. Bu, həmçinin rəsmi Tehrana mesajdır ki, işğalçı Ermənistana münasibətdə Türkiyə, Pakistan İslam Respublikası kimi prinsipial mövqe sərgiləsin, Dağlıq Qarabağ konfliktinin uzanmasına deyil, bitməsinə çalışsın. 

*****

 

Xatırladaq ki, ötən il İranda səfərdə olan Ermənistan baş naziri Nikol Paşinyan Tehranda erməni icması ilə görüş zamanı “Qarabağ - Ermənistandır” təxribatçı şüarı qarşısında şelfi çəkdirmiş, bu da soydaşlarımızda ciddi və haqlı etiraz doğurmuşdu. Nəticədə rəsmi Tehran təxribata reaksiya vermiş, Dağlıq Qarabağ məsələsində ölkəmizin ərazi bütövlüyünə hörmət etdiyini bir daha bəyan etmişdi. 

Sonuncu insident də daxil, yuxarıda qeyd olunan faktlar bir daha Ermənistanın ilhaqçılıq siyasəti qarşısında güney faktorunun nə dərədəcə güclü və vazkeçilməz olduğunu ortaya qoyur. Söhbət həm də fors-major vəziyyətlərdən gedir. Ermənistan unutmasın ki, müharibə hələ bitməyib. Azərbaycan prezidentinin sözləri ilə desək, müharibənin yalnız birinci mərhələsi başa çatıb. İkinci və yekun savaşın olub-olmaması isə Qarabağ məsələsində Ermənistanın nə dərəcədə konstruktiv mövqe tutacağından asılı olacaq.../Yeni MÜsavat/

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı