ABŞ Türkiyəni oyununa salacaq

14:24 14-02-2020 | icon 862 | Geopolitika
ABŞ Türkiyəni oyununa salacaq

Ramiyə Məmmədova: “Anakaraya gələn Rusiya rəsmiləri Türkiyəni yola gətirə bilməyəcək”

 

Yaxın Şərq - Suriya məsələsi ətrafında cərəyan edən proseslərdə yaxından iştirak edən Türkiyə ilə Rusiya arasındakı münasibətlər gərginləşə bilər.

 

Ekspertlər hesab edirlər ki, ABŞ yaranmış vəziyyətdən özünün xeyrinə istifadə etməyə çalışır. Regionun “düyün nöqtəsi” isə Suriyanın İdlib məsələsidir. Türkiyə bu məsələdə Amerika ilə anlaşa biləcəkmi?

 

Versus.az bu və ya digər məsələlərlə bağlı politoloqlar Ramiyə Məmmədovanın “Üç Nöqtə”yə açıqlamasını təqdim edir. 

 

 

Regiondakı mövcud vəziyyəti təhlil edən İstanbul “Wörd Ponarama” Araşdırmalar Mərkəzinin rəhbəri Ramiyyə Məmmədova  bildirib ki, bu günlər Anakaraya  gələn Rusiya rəsmiləri Türkiyəni yola gətirə bilməyəcək.  Politoloq  Rusiya rəsmilərinin Türkiyə ilə eyni fikirə gələ bilmədiklərini qeyd edərək, əli boş Rusiyaya gayıtdıqlarını önə çəkib.

 

“Rusiya ilə Türkiyənin ortaq razılasması Suriyanın erazi bütövlüyünün təminatıdı. ABŞ bu görüşdən sonra insiativi əlinə götürmək və Türkiyənin yanında olduğunu xatırladaraq, ona dəstək durmaq niyyəti ilə təcili Suriya təmsilcisi Jef Jefreni Ankaraya yolladı. Jefri Ankarada Suriya məsləsində Türkiyənin yanında olduqlarını və əllərindən gələn yardımı göstərcəklərini bəyan etdi. ABS yenə də oyunun baş roluna kecmək niyyətindədi. Belə hesab olunur ki, Rusiyanın goruyub saxladığı və İranın da dəstək verdiyi Əsəd rejiminə Türkiyənin təkbaşına qalib gəlməsi cətindir. Ona görə də ABŞ müttəfiqliyini bir daha yadına salmaq istədi. Belə bir mesaj verdi ki, Amerika əsgəri getsə də, amma Suriyadan cıxmayan ordu ilə sizə dəstək ola bilərik”.

 

Politoloq bildirib ki, Türkiyənin ABŞ-ın bu oyununa gələ biləcəyi az ehtimal olunur. Cünki ABŞ və Rusiya Suriya məsələsində ayrı- ayrı cəbhələrində olasalar da, arxada anlaşma yolunu tapdıqları aşkardır. Bu görüşlər və danışıqlar sadəcə Türkiyənin zaman itirməyinə nail olmaq üçündür.

 

R.Məmmədova hesab edir ki, gedən prossesler Əsədin hakimiyyətdən getmə məsələsinin tamamən yoxa cıxdığını göstərir.

“Suriya xalqı da Şəriət rejimini diktatura rejimindən üstün tutmaq niyyətindədir. Yəni Rusiya Suriyanı Qərbə yem etmək niyyətində deyil və Türkiyənin də Əsədi devirmək niyyətindən və Şama girmə fətvalarına qarşı qorumaq istəyir. Ona görə də Türkiyə burda özünə məxsus alternativ yollardan bu məsləni həll etməli, təhlükəsizlik bölgəsini tam nəzarətə alıb qaçqınları ölkəsindən uzaq tutmalıdır”- politoloq bildirib.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı