Mübariz Süleymanlı ömrünün 58-ci ilində

20:30 14-02-2020 | icon 1946 | Cəmiyyət
Mübariz Süleymanlı ömrünün 58-ci ilində

Fevral ayının 15-i tanınmış kulturoloq alim, fəlsəfə elmləri doktoru, professor Mübariz müəllim Süleymanlının doğum günüdür. 58 il əvvəl Sabirabad rayonunun Qəzli kəndində dünyaya gələn Mübariz müəllim bu gün bir ailənin, bir evin, bir obanın övladı çərçivəsindən çıxaraq, bütöv Azərbaycanın, böyük türk dünyasının övladına çevrilməyi bacarmışdır.

 

Mübariz müəllim böyük alimdir. Bu gün Mübariz müəllim elmimizi xarici ölkələrdə təşkil edilən müxtəlif tədbirlərdə ləyaqətlə təmsil edən azsaylı alimlərimizdən biridir. M.Ə.Rəsulzadə irsinin araşdırılması ilə başlayan bu elmi yol, daha sonralar Ə.Hüseynzadə, Ə.Ağaoğlu və sair mütəfəkkirlər də daxil olmaqla ümumilikdə XX əsr Azərbaycan məıdəniyyətinin tədqiqi və təbliği ilə davam etməkdədir.

 

M.Süleymanlı əsil müəllimdir. Neçə illərdir ki, dərs dediyi Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində tələbələrin böyük sevgisini qazanan Mübariz müəllim biliyini və savadını gənc nəslin yolunda xərcləməkdən qürur duyur.

 

Mübariz müəllim böyük vətənpərvərdir. Vətəni qarış-qarış gəzən Mübariz müəllimin hər daşa, torpaqa, gülə, çiçəyə olan sevgisi tükənməzdir. Yardımlıdan Qusara qədər, Ərdəbildən Təbrizə qədər, Xudafərindən Bəzz qalasına qədər, Babadağdan Savalana qədər hər yer onun üçün Vətəndir.

 

Mübariz müəllimin gözəl zövqü var. Musiqi zövqümüzün formalaşmasında ətafında olan bütün döstlar ona minnətdardır, o cümlədən də mən.

 

Mübariz müəllim xəyalpərvərdir, sonda xeyirin şərə qalib gələcəyinə inanır və bizləri də buna inandırır.

 

Mübariz müəllim həyatsevərdir. Ən çətin zamanında da ətrafına pozitiv enerji verə bilir.

 

Mübariz müəllim gözəl valideyndir. Mübariz müəllim nümunəzi övladdır, qardaşdır.....

 

Və Mübariz müəllim əsil dostdur.

 

Onunla dostluğumuzun 35 ili tamam olur.

 

Düşünürəm ki, bu müddətdə Mübariz müəllimi mənim qədər tanıyan bir kimsə yoxdur. Elə bu iddia ilə Mübariz müəllimin 50 yaşının hesabatını da hazırlamışdım.

 

Müəlliflik hüququmdan istifadə edərək həmin hesabatı sizlərə tədim edirəm.

 

Mübariz müəllimin 50 yaşının hesabatı 50 yaş- əlli günahdı, əlli savab.

 

50 yaş- zirvəyə ucalan əlli pillədi, 50 yaş- düşmənə vurulan əlli sillədi.

 

50 yaş - əlli arzudu, əlli dilək, 50 yaş- əlli yalandı, əlli kələk.

 

50 yaş- əlli dostdu, qardaşdı, sirdaşdı, 50 yaş- əlli illik yaddaşdı.

 

50 yaş - bir göz qırpımıdı, bir içim sudu, bir udum havadı, 50 yaş - kədərdi, ələmdi, qovğadı, davadı.

 

50 yaş - sevgi nəğməsidir, atəşdi, alovdu, 50 yaş- Şahdağdı, Kəpəzdi, Babadağdı, Murovdu.

 

50 yaş - oxunmuş kitabdı, yazılmış qələmdi, qaralmış kağızdı, 50 yaş - bal kimi dodaqdı, şip-şirin dildi, dualı ağızdı.

 

50 yaş- Tanrıya açılan qoldu, 50 yaş - əlli illik yoldu.

 

50 yaş - sevən qəlbin etirafı, döyüntüsüdür, vüsaldı, muraddı.

 

50 yaş - çiyin bərabəri övladdı.

 

50 yaş - idrakdı, savaddı, ağıldı, 50 yaş - əlli nağıldı.

 

Əziz qardaşım, dostum Mübariz müəllim, arzu edirəm ki, sənin NAĞILa çevrilən 100 illiyini birlikdə qeyd edək. Dostlarla, əzizlərlə, yaxınlarla, qohumlarla və VƏTƏNlə birgə. 100 yaşının hesabatı da mənlikdir, Təkcə qalır sənin bəyənməyin. Sağlıq olsun!

 

P.S. Fevralın 15-i Mübariz müəllimin oğlu Aslan balamızın da doğum günü olduğu üçün təbriklərimi ona da ünvanlayıram. İnanıram ki, o da atasına layiq bir övlad olacaq. Ot kökü üstə bitər deyirlər.

 

Təbrikə Versus.Az İnformasiya Agentliyinin kollektivi də qoşulur.

 

Vasif Novruzov

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin